Elm dünyasında dahi qalmadı


ABŞ‘ın Californi-Davis Universiteti‘ndə psixologiya professoru olan və dahilərin həyatını araşdırmaq üçün illərini həsr edən Keith Simonton "dahilərin dünyadan silinməyə üz tutduğu" barədə danışıb.

Simonton araşdırmasında dünya tarixində iz qoyan Albert Einstein (1879-1955), Nikola Kopernik (1473-1543), Charles Darwin1809-1882, Galileo Galilei (1564–1642), Isaac Newton (1642–1727) ve Marie Curie’nin (1867–1934) iz qoyduqları sahələri tamamilə dəyişdirdiyini və ya yeni elmi sahələr yaratdıqlarını söyləyib. Simonton artıq elm aləmində bu cür dəyişikliklərin olmadığını da əlavə edib.




Simonton problemi indiki elm adamlarının özlərinə arxayın olmasında, misal üçün, hazırkı elm adamlarının Kopernikdən daha çox məlumat bildiyini və yeni praktik təcrübələr apardığını, bunun nəticəsində də yeni məlumat əldə etməkdə göstərilən tənbəllik və öz sahəsində ixtisaslaşmada görürdü. Bu da "informasiya məhsuldarlığı"nı daha da aşağı salır.

Simonton‘un fikrincə, lazımi təhsili həddən artıq uzatdıqca mütəxəssislik sahəsi də daralır, "hər şeyi biləcəyəm" düşüncəsi, həqiqətən məlumatlı olmağın qarşısını alır. 

"Necə Olimpada oyunlarında iştirakçılar yeni rekorda imza atmağa çalışır, eləcə də elm sahəsində mütəxəssislər sadəcə bilinən bir şeyə yeni bir şey əlave edir." - deyə Simonton vurğulayıb. 

"Elmi yaradıcılığı ən yüksək səviyyədə olan insanlar"ı vurğulayan Simonton bu insanların "onsuz da bilinən şeylərin üzərinə əlavə edənlər" deyil əksinə Renesans dövründə yaşamış olanlar kimi "düşüncələri ilə dünyanı anlayışımızı tamamilə dəyişdirə bilən şəxslər" adlandıraraq  fikrini tamamlayıb.

Simonton "Bəlkə də təbiətin güclərini bir yerdə birləşdirmənin yolu fizikanı yenidən inşa etməkdir" - deyib. O, düşüncələrinin həqiqətdən uzaq olduğunu ümid edərək, "Sadəcə yeni bir dahi mənim fikrimin yanlış olduğunu sübut edə bilər"- deyib.



-LabRat[c573]

Mənbə: NtvBİLİM

0 comments: