Kainat Nə Qədər Böyükdür?

    
    Kainat – Yer kürəsi və trilyonlarla ulduz və planetlərin, digər kosmik cisimlərin yerləşdiyi sonsuz boşluq. 
    Yer kürəsində məsafələr kilometr, mil kimi ölçü vahidləri ilə hesablandığı halda kosmosda bu ölçülər işıq ili və ya parseklə hesablanır. İşıq ili nədir? İşıq ili sürəti 300.000 km/san olan işığın bir il ərzində getdiyi məsafədir.

1 işıq ili = 9.4607×1012 km (təx 10 trilyon km)
1 parsek = 3.26 işıq ili

Kainatın sonsuz olduğu ehtimal olunduğundan “müşahidə olunan kainat” anlayışı istifadə olunur. “Müşahidə oluna kainat” dedikdə, nəzəriyyələr və ən güclü teleskoplar vasitəsilə kainatın müşahidə oluna bilən təqribi sərhədləri başa düşülür. Kinatın “Böyük Partlayış” (Big Bang) nəticəsində 13.77 milyard il əvvəl yarandığı ehtimal olunur. Müşahidə olunan kainatın diametri təxminən 93 milyard işıq ilidir.
93 milyard işıq ili = 8.79829142 × 1023 km



Günəş və ətrafında olan digər planetlər birlikdə Günəş Sistemini təşkil edir. Yer küərsinin də yerləşdiyi bu sistem Süd Yolu (Milky Way) qalaktikasının bir zərrəciyidir. Süd yolu qalaktikasında 300 milyarddan artıq Günəşəbənzər ulduzun olduğu güman olunur. Əgər nəzərə alsaq ki, burada eyni sayda da planet ola bilər, bu zaman Süd Yolundakı planet və ulduzların sayı 600 milyardı keçir. Süd Yolu qalaktikasının diametri 100.000-120.000 işıq ilidir.
    Süd Yolu kaintda olan 200 milyard (bəzi mənbələrə görə bu rəqəm hətta bir  trilyonu keçir) qalaktikadan yalnız biridir. Bu zaman müşahidə olunan kainatda ulduzların sayı 1024 –dən artıq olur. Günəş Yerə ən yaxın ulduzdur. Günəşdən sonra Yerə ən yaxın olan ulduz isə Yerdən 4.2 işıq ili uzaqlıqda olan Proksima Sentauri ulduzudur.  Bu o deməkdir ki, ulduzlu səmaya baxdıqda biz ulduzların ən azı 4.2 il əvvəlki vəziyyətini görmüş oluruq.


Şəkildəki "Our Solar System" Günəş Sistemidir.
Hər bir əşya atomlardan təşkil olunur. 70 kq-lıq insan bədənində 7 × 1027   atom yerləşir. Kainatdakı atomların sayı isə 1080–dən artıqdır. Kainatın kütləsinin 3.35×1054 kq-dan artıq olduğu ehtimal olunur.
Bir şey daha. Nəzərə alsaq ki, kainatın sonsuz olduğu ehtimal olunur, onun yeganə kainat olması fikri də sübuta yetirilmir. Bu o deməkdir ki, hətta sonsuz sayda kainatların olması mümkündür.




1 comment:

  1. mən də hesabamışam ama 92 milyard eşittiyimə görə onu 92 milyard olaraq hesablamışam... amma əgər 93 milyarddırsa alınan cavab belə olur 93000000000000000000000000 :D bilirəm gülməli ədəddi amma hesablamalardan belə almışam

    ReplyDelete