Yadplanetlilər: Betty və Barney-nin Oğurlanması
Çoxlu sayda insan qeyri-adi varlıqlar tərəfindən qaçırıldığını və üzərində tibbi əməliyyatlar aparıldığını iddia edir. Bu insanlar “oğurlananlar”, bu proses isə “yadplanetli oğurluğu” (ing. alien abduction) adlanır. Fiziki dəlillərin yetərli olmaması səbəbindən bir çox alimlər bu halı həmin şəxlərin sağlamlıq durumu – yuxusuzluq, stress, psixoloji vəziyyət, ətraf mühitin təsiri və s. kimi amillərlə əlaqələndirirlər. 1961-ci ildə Betty və Barney-nin başına gələn hadisə yadplanetli oğurluğu barədə verilən ilk geniş və sonradan məşhurlaşmış məlumat idi.
Betty və Barney Hills ailəsi Nyu Hempşir ştatının Portsmus şəhərində yaşayırdı. BarneyABŞ Poçt Servisində çalışırdı. Barney qaradərili olduğundan irqçiliyin hələ də güclü olduğu o dövr üçün onların ailə qurması nadir hadisə idi.
Betty və Barney Hill |
Qaçırılanların əksəriyyəti həmin canlıları belə təsvir edirlər. Bunlar ufologiyada Grey Aliens (Boz Yadplanetlilər) adlandırılır. |
Növbəti gün Betty bu barədə Hava Qüvvələrinə xəbər verdi. Lakin dəli elan olunacağından qorxaraq çox az məlumat verdi. O, UFO-lar barədə kitab tapıb oxudu və kitabın müəllifi, UFO-lara dair könüllü araşdırma qrupunun başçısı, istefada olan mayor Donald E. Keyhoe ilə əlaqə saxladı. Betty hadisəni bütün detalları ilə ona danışdı.
Hadisədən on gün sonra Betty qəribə yuxular görməyə başladı. Yuxuda 11-ə yaxın canlı onların maşınını saxlayır, onları disk formalı obyektin içinə aparır və üzərlərində tibbi müşahidələr aparırdılar.
Cütlük baş verənlər barədə ictimaiyyətə ilk dəfə 1963-cü ilin martında kilsədə məlumat verdi. Psixiatrla əlaqə yaratmaq istəyən cütlüyə Bostonlu həkim Benjamin Simon məsləhət görüldü.
1963-cü ilin noyabrında onlar Massaçusetsdəki “Quincy Center”-də həvəskar UFO araşdırma qrupu qarışında çıxış etdilər.
Onlar həkim Benjamin Simon-la 1963-cü ilin dekabrında görüşdülər. İlk söhbətlərində Simon onların baş verənlərin real olmasına həqiqətən də inandıqlarını gördü. Müalicə sessiyası 1964-ün yanvarından iyuna qədər davam etdi. Betty və Barney ilə ayrı-ayrılıqda məşğul olan həkim onların verdiyi məlumatların bir-birinə uyğun olmasını gördü.
Müalicə kursunun sonunda həkim Barney-nin danışdıqlarının Betty-nin yuxuları əsasında yaranmış fantaziya olduğu qərarına gəldi. Lakin o bunun hər şeyi izah etmədiyini də bildirdi. Cütlük onunla razılaşmadı.
Sessiyalardan sonra onlar normal yaşamlarına geri qayıtdılar. Hadisə barədə yalnız yaxınları ilə danışırdılar.
Lakin 1965-ci ilin dekabrında “Boston Traveler” qəzetinin üz qabığında “UFO: Həqiqətən də onlar cütlüyü tutmuşdular?” başlıqlı yazı dərc olundu. Yazının müəllifi, jurnalist John H. Lutrell bu məlumatı çox güman ki, cütlüyün 1963-cü ildə “Quincy Center”-də danışdıqlarının audio yazısına qulaq asmışdı. Oktyabrın 26-da Beynəlxalq Mətbuat Birliyi onun məqaləsini dərc etmək qərarına gəldi. Artıq cütlük beynəlxalq dərəcədə maraq dairəsində idilər.
1966-cı ildə yazıçı John G. Fuller cütlüyün və həkim Simon-un əməkdaşlığı ilə hadisə barədə “Kəsilmiş Səyahət” (Interrupted Journey) kitabını yazdı. Kitabda Betty-nin çəkdiyi qəribə “ulduz xəritəsi”-nin surəti də var idi.
Betty Hill-in çəkdiyi rəsm |
Fish Betty-nin xəritəsi əsasında çəkdiyi xəritəni astronom Walter N. Webb-ə, Webb isə məşhur “Astronomy” jurnalının redaktoru Terence Dickinson-a göndərdi. O, bu xəritəni ciddi qəbul eləməsə də, jurnalın tarixində ilk dəfə olaraq oxucular tərəfindən şərhlər bildirilməsi üçün xəritə jurnalda çap olundu. Jurnal iddianı dəstəkləyən və rədd edən bir çox yazı dərc etdi. Məşhur astronomlar Carl Sagan və Steven Soter ulduzların təsadüfi şəkildə bir-biri ilə birləşdirildiyini bildirdilər.
Marjorie Fish-in Betty-nin rəsmi əsasında çəkdiyi xəritə. Sol Günəşin latınca adıdır. |
Xəritənin həqiqətən də Zeti Reticuli sistemini göstərməsini iddia edənlər isə ulduzların bu şəkildə təsadüfi təsvir olunması ideyasını qəbul etmədilər.
1993-cü ildə iki alman tədqiqatçı xəritənin Günəş sistemini və hadisə baş verdiyi dövrdə ətrafda olan asteroidləri təsvir etdiyini iddia etdi.
Barney Hill 1969-cu ildə beyin qansızmasından, Betty Hill isə 2004-cü ildə xərçəngdən dünyasını dəyişib.
Bu hadisə ətrafında hələ də mübahisələr davam edir. Hər il onlarla insan başlarına gələn oxşar hadisələr barədə məlumat verir. Hadisənin nə dərcədə doğru olmasını yalnız gələcək göstərəcək.
0 comments: