Yadplanetlilərin Ehtimal Olunan Növləri


Yer kürəsini yadplanetlilər ziyarət edirmi?
Minlərlə insan bu suala müsbət verir. Həmin insanlar bu varlıqları gördüyünü, onlarla ünsiyyət qurduğunu iddia edirlər. Nəzərə alsaq ki, kainatda trilyonlarla ulduz və planet var, onların iddiaları heç də ağlasığmaz səslənmir. Sadəcə professional elm bir sıra fiziki qanunları əsas gətirərək UFO, yadplanetli və bu kimi anlayışları ciddi qəbul etmək istəmir. 
Yeri ziyarət edən yadplanetlilərin bir neçə növdə olması iddia olunur. Onlar müxtəlif qalaktikalardan və Günəş siteminin də yerləşdiyi Süd Yolu qalaktikasının digər sistemlərindən gəlirlər. Yadplanetlilərin 3 növü haqqında insanlar daha çox məlumat verirlər:

Boz Yadplanetlilər (Grey aliens)
Bu növ haqqında ilk geniş məlumat 1961-ci ildə onlar tərəfindən qaçırıldıqlarını iddia edən Betty və Barney Hill tərəfindən verilib. Onlar boyu 1-1.2 m olan (bəziləri daha uzunboylu növlərin olduğunu iddia edir) canlılar şəklində təsvir olunur. Başları bədənlərinə nisbətdə çox böyükdür, burun və qulaqları çıxıntı şəklində deyil, bədlərində tük örtüyü yoxdur, cinsi orqanlara malik deyillər.
Roswell qəzasında kosmik gəmidə olmuş yadplanetlilərin bozlar və ya onlara oxşar bir növ olduğu ehtimal olunur.  Bozların Yerdən 39 işıq ili uzaqlıqdakı Zeta Reticuli ulduz sistemində yaşadığı ehtimal olunur.  Yadplanetlilər tərəfindən oğurlanan şəxslərin böyük hissəsi bu yadplanetliləri gördüyünü iddia edir.
Konspirasiya nəzəriyyəçiləri (dünyada baş verən bir çox hadisələrin ardında gizli məqsədlərin dayandığını iddia edən insanlar) boz yadplanetlilərin dövlətin gizli siyasətinin bir hissəsi olduğunu iddia edirlər. Onlar hesab edirlər ki, 20-ci əsrdə ABŞ-da bir neçə kosmik gəmi qəzası olub və qəzada sağ qalmış varlıqlar xilas olunaraq gizli laboratoriyalarda gizlədilib. ABŞ-ın bir sıra yüksək rütbəli məmurları onlarla görüşüb.

Reptiloidlər (Reptilians)
Yadplanetlilər tərəfindən qaçırılanların bəziləri sürünənlərə bənzər varlıqları təsvir edirlər. Bu varlıqlar tərəfindən qaçırıldığını iddia edən ilk insanlardan biri 1967-ci ildə amerikalı polis Herbert Schirmer olmuşdu.
Reptiloidlər barədə bir sıra konspirasiya nəzəriyyələri mövcuddur. Bunlardan ən məşhuru britaniyalı yazıçı David Icke-yə aiddir. Onun fikrincə, 1.5-3.5 m hündürlüyü olan reptiloidlər “Alpha Draconis” (Yerdən 300 işıq ili uzaqlıqda yerləşir) ulduz sistemində yaşayırlar.  O qeyd edir ki, bu varlıqlar çox qədim dövrlərdən Yeri ziyarət edirlər. Onların cild-dəyişmək qabiliyyəti var. Yəni insan formasına düşə bilirlər. Əksəriyyəti gizli yeraltı mağaralarda yaşayır. Dünyanın  idarəsi onların əlindədir. David  Icke-nin iddiasına görə, dünya liderlərinin bir çoxu (George W. Bush (ata Bush), Queen Elizabeth II və b.) reptiloiddirlər və ya onlarla genetik əlaqələri var. Icke-nin dünyanın 47-dən artıq ölkəsində ardıcılı var.
Bu nəzəriyyəyə skeptik yanaşan insanlar onun ilk dəfə 1983-cü ildə çəkilmiş 2-seriyalı “V” (Visitors) elmi-fantastik filmindən təsirləndiyini iddia edirlər. Serialda reptiloidlər Yerə insan formasında, sülh adı altıda gəlirlər. Əslində isə onların məqsədi Yeri işğal etməkdir.

Pleyadesli (Nordik) Yadplanetlilər
Yerdən 440 işıq ili uzaqlıqda yerləşən Pleyades ulduz sistemindən gəldikləri iddia olunan yadplanetlilər. Digər növlərdən fərqli olaraq onlar insan formasındadır. Görünüşlərinə görə skandinav xalqlarını xatırlatdığından onlara Nordiklər (nordic - şimallı) də deyilir. Boyu 1.8-2.1 m olan bu növlərin Bozlar və Reptiloidlərdən fərqli olaraq insanlara qarşı xoş münasibət bəsləməsi iddia olunur.  Onlat telepatik ünsiyyət qurmağı bacarırlar.
Ufoloq Michael Sall-ın iddiasına görə, ABŞ prezidenti Dwight D. Eisenhower 1954-cü ilin fevralında Nordiklərlə görüşüb. Bu iddialar dövlət adamları tərəfindən dəfələrlə rədd edilib.




- by LabRat[m559]

0 comments: