Neandertallar və Müasir İnsanlar

     Alimlər müasir insanın Avropaya çatana qədər Neandertalların Avropada yüzminlərlə il yaşadığı inancına yenidən nəzər yetirilməsini istədi. 

     Molecular Biology və Evolution jurnalında çap olunan tədqiqata görə 50 min il əvvəl Avropada yaşaya bilən Neandertal nəsli Orta və Qərbi Avropada yeni sığınacaqlar qurub. Neandertallar Homo Sapienshələ Avropaya çatmadan 10 min il də yaşamağı bacarıb. 

       İsveçin paytaxtı Stockholm və Uppsala şəhəri ilə İspaniyanın paytaxtı Madriddə təşkil olunan tədqiqatlardan sonra yeni məlumatlar əldə edən İsveçli və İspanyol tədqiqatçılar Neandertalların müasir insanlarla qarşılaşmadan çox əvvəl məhv olmaq təhlüəsi ilə üz-üzə gəldiyini söyləyib. 
   İsveç Milli Tarix Muzeyinin səlahiyyətli nümayəndəsi Love Dalen deyib: “Avropadakı Neandertal nəsil ilk əvvəl məhv olma təhlükəsi yaşadı amma yenidən toplanmağı bacardılar... Anladığımız odur ki, Neandertallar Buz dövründə olan iqlim dəyişikliyindən zənn etdiyimizdən daha çox təsirlənib” 
    İspaniyanın şimalındakı Neandertal fosilləri ilə aparılan tədqiqatlar qədim insanların Avropada yaşadıqları 10 min ili ərzində genetik müxtəlifliklərinin ciddi şəkildə azaldığını göstərir. 
     Uppsala Universitetində Anders Götherström deyib: “Asiyada yaşamış qədim Neandertallar müasir insanlar qədər çox genetik müxtəlifliyə sahib idi. Buna baxmayaraq, Avropadakı Neandertalların genetik müxtəlifliyi İslandiyadakı müasir insanlar qədər də çox deyil.” 
    Yeni tədqiqatlara görə müasir insanın ilkin dövründəki ömür müddəti Neandertallarınkı ilə təxminən eyni idi. 
    Bugünə qədər antropoloqlar Neandertalların məhv olmalarına qarşı müasir insanın necə Afrika və Avropanın yeni bölgələrinə yayıla bildiyi məsələsi üzərində çalışırdılar. Bunun ən böyük səbəbi olaraq da ömür müddətləri arasındakı fərqlilik göstərilirdi. 
    Washington Universitetindən Erik Trinkaus Yer kürəsinin müxtəlif yerlərində təxminən 150000 illik dövr ərzində eyni dövrlərdə yaşamış ilkin insan və Neandertallara aid fosilləri araşdıraraq ömür müddətlərini öyrənməyə çalışıb. 
     Tapıntılar hər iki canlının da orta hesabla 20 ilə 40 il arasında dəyişən oxşar ömür müddətinə sahib olduğunu göstərir. Trinkaus bu tapıntılara əsaslanaraq ilkin müasir insanın sahib olduöu yüksək doğum və aşağı uşaq ölüm nisbətlərinin Neandertallara qarşı başlıca üstünlük və bunun sayəsində də öz yollarında davam edə bildiklərini göstərir. 


0 comments: