Başlayırıq!!!


Artıq sabahdan "Sci-Fi Lab" komandasının blogu fəaliyyətə başlayır!

Blogda bir çox mövzular – kino, musiqi, kitablar, elm, alternativ tarix və s. üzrə məlumatlar yerləşdiriləcək. Məlum olduğu kimi azərbaycandilli mənbələrdə informasiya çox azdır. Bir çox mövzular üzrə isə ümumiyyətlə məlumat yoxdur
Blogda kino mövzusuna aid bölmədə kino tarixinin əfsanəvi filmləri, rejissorları, aktyorları, musiqi bölməsində dünya musiqi tarixində inqilab etmiş musiqiçilər, əfanəvi mahnılar , elm mövzusunda bir sıra elmi yeniliklər, elm tarixinin əsas nəzəriyyələri, kainat və onun sirləri, kitablar mövzusunda dünya ədəbiyyatının üzvləri, onların şah əsərləri, alternative tarix bölməsində elm tərəfindən izah olunmayan anlayışlar – Uçan Naməlum Obyektlər (UNO), bir sıra dünya ölkələrində yerləşən və tikilmə səbəbləri hələ də sirli qalan obyektlər, Yer Kürəsini yüzillər əvvəl ziyarət etmiş yadplanetlilər, onların insanlara təsiri, itmiş sivilizasiyalar və s. üzrə məlumatlar veriləcək.

2 comments: