Neandertallar niyə məhv oldular?




Alimlər müasir insan nəslinin ən yaxın qohumu sayılan Neandertalların nə səbəbə yox olması ilə bağlı bir neçə fərziyyə irəli sürüb. Bunlardan bir neçəsi ilə sizi tanış edəcəyik:


1) ABŞ-ın Tucsondakı Arizona Universitetindən olan tədqiqatçıların araşdırmalarına görə Neandertalların topuq sümükləri bizimkilərdən daha uzun olduğu və buna görə çox uzun məsafələrə qaça bilmədiklərini, onların yox olma səbəblərindən biri kimi göstərib.

2) Təkmilləşmiş silahları olan, Avropadakı mağaralara çəkdikləri rəsmlərlə sənətkarlıqlarını göstərən, bacarıqlı ovçu olan Neandertallar bütün bunlara baxmayaraq sağ qala bilmədilər. İber yarımadasının Cəbəllütariq şəhərində tapılan delfin fosili onların daha böyük balıqları da tuta bildiklərinə işarə verir. Lakin yenə də onların balıq və quş ovlamaqda bacarıqlı olduğu bəlli deyil. Belə ki, irəli sürülən fərziyyələrdən biri də Neandertalların Homo Sapiensin ovçuluq sahələrini daraltdığı üçün məhv olduqlarıdır.

3) Maraqlı fərziyyələrdən biri də Neandertalların yox olmasına səbəb kimi dovşan və ona oxşar başqa kiçik heyvanların göstərilməsidir. Jersey adasındakı Durrel “Vəhşi Təbiəti Qoruma” idarəsindən John Fa Neandertalların dovşan və ona oxşar kiçik heyvanları ovlaya bilmədiyi üçün məhv olduqlarını irəli sürür. Fa və digər tədqiqatçılar İspaniya və Fransanın cənubundakı arxeoloji qazıntı sahələrində tapılan heyvan skeletlərini incələyib və tapılan heyvanların ancaq iri heyvanlar olduğu görülüb. 30-50 min əvvələ aid kiçik heyvan skeletlərinin tapılmaması diqqəti cəlb edib. Bu heyvanların ovlana bilməməsinə səbəb kimi isə böyük heyvanları ovlamaq üçün istifadə etdikləri alov və silahların kiçik heyvanları ovlamaq üçün əlverişli olmaması göstərilib.

4) Oxford Universiteti tədqiqatçılardan Robin Dunbarın iddialarına görə Neandertalların beyni görmə və hərəkətə yönəldiyi üçün, onlar qavrama və ağıllılıq cəhətdən zəif olublar bu da onların məhv olmasına gətirib çıxarıb.

5) Southampton Universitetindən Clive Gambleın araşdırmalarına görə isə onların beyninin qavrama texnikasının zəif olması, iş birliyi apara bilməməsi nəticəsində onlar Homo Sapiens nəslinə qarışaraq tədricən yox olublar.



0 comments: