İnsan beyni kimi işləyən çip üçün ilk addım



ABŞın nəhəng texnologiya şirkəti IBM tranzistorlar üzərində gördüyü işlərlə insan beyni kimi işləyən kompyuter təkmilləşdirilməsi kimi önəmli bir addım atıb.
Yeni texnologiya ilə təkmilləşdiriləcək olan çiplərin daha yüksək keyfiyyətlə fəaliyyət göstərəcəyi və çox az elektrik enerjisi sərf edəcəyi deyilib. Çip texnologiyasında inqilab yarada biləcək olan inkişaf mobil cihazların batereya ömrü problemini də aradan qaldıra bilər.
”Venture Beat” saytının məlumatına görə IBM’in təqdim etdiyi yeni texnologiya “əlaqəli elektron oksidlər”ə əsaslanır. Bu material molekulların yarısının pozitiv, digər yarısının isə neqativ elektrik yükü daşıdığı ion xassəli maye ilə bir yerə yığıla bilər
Mayeyə zəif ionik gərginlik verildiyi vaxt yüklənən hissəciklər oksid materialın zidd qütblərinə hərəkət edir. Elektrik yükü oksidi tərk edir və mayeyə qarışır, beləcə, keçirici xüsusiyətdən dielektrik maddə xüsusiyyətinə keçir. Material başqa bir gərginlik verilən vaxtadək öz elektrik vəziyyətini qoruyur.

Dielektrik və elektrikkeçirici çiplər
IBM araşdırmaların stimul verici olduğunu və elektrik enerjisinin olub olmamasından asılı olmayaraq məlumat saxlayabilən çiplər sayəsində məlumat itkisinin aradan qaldırılacağını iddia edib.
Science jurnalında yayımlanan araşdırmaya görə bugün istifadə edilən silikon əsaslı yarımkeçirici çiplər yerinə beyin funksiyası daşıyan ağıllı çiplər təkmilləşdiriləcək


IBM’dəki elmi-tədqiqata liderlik edən Stuart Parkin “Venture Beat”ə verdiyi açıqlamada deyib: “Yeni texnologiya materialın keçiricilik xüsusiyyətinin dəyişdirilməsi ilə daha zəif enerji sərf edən və performansı son dərəcə yüksək olan cihazlar yaradabiləcəyimizə kömək edə bilər. Materialı metala çevirib keçiricilik xüsusiyyətini dəyişdirir və enerji verməyə ehtiyac olmadan bu vəziyyətdə saxlaya bilərik.”
Parkin silikon çiplərin funksiya göstərməsi üçün tez-tez gərginlik lazım olduğunu, yeni çiplərin inqilabi bir addım ola biləcəyini vurğulayıb.
ABŞın tədqiqatçısı bir maddəyə yüklü ion xassəli maye elektrolit verərək oksid materialını həmişəlik  keçirici və ya dielektrik halına gətirə bildiklərini vurğulayıb. Böyük kəşf -oksid əsaslı tranzistor və ağıllı çiplərə gedən yolda atılan böyük addımdır.


Mənbə: NTVBİLİM




0 comments: