Uçan Naməlum Obyektlər: Roswell Qəzası


UFO ( ing. Unidentified Flying Object)  - havada peyda olan, radarlar tərəfindən qeydə alına bilməyən, çox böyük sürətlə hərəkət gedən mexanizm.  Bu obyektlər 1940-cı illərin sonu   50-ci illərin əvvəllərində  “uçan boşqab” və ya “uçan disk” adlandırılırdı. “Uçan boşqab” sözü 1947-ci ilin yayından etibarən yayılmağa başlamışdı.

İyunun 24-də Kennet Arnold adlı pilot Reyner dağı (ABŞ, Sietl  şəhəri) istiqamətində uçan 9 obyekt gördüyünü bildirdi. O, bu obyektlərin sürətinin 1900 km/saatdan artıq olduğunu bildirdi. Arnold obyekləri boşqabşəkilli təsvir etdiyindən qəzetlər “uşan boşqab”, “uçan disk” başlıqlı yazılar dərc etdi.  Obyektlər 1953-cü ildən etibarən ABŞ Hava Qüvvələri tərəfindən “UFO” adlandırılmağa başladı. Bunun səbəbi isə müşahidə olunan obyektlərin yalnız disk formalı yox bir neçə formalı olması idi. “UFO” sözü ilk öncə ədəbiyyatda, daha sonra isə ictimaiyyətdə geniş istifadə olumağa başladı. Soyuq Müharibə (1947-1991-ci illəri edən ABŞ – SSRİ münasibtələri ) dövrü olduğundan bu obyektlərin milli təhlükəsizliyə nə dərəcədə zərər vura biləcəyi məsələsi ön plana çəkilmişdi. Həm hökumət, həm də adi vətəndaşların araşdırmaları bu obyektlərin təhlükəli olması barədə nəticə vermədi. Hal-hazırda UFO yerdənkənar həyat və ya gizli dövlət proqramları ilə izah olunur. Bir çox fikirlərə görə, insanlar arasında qorxu yaratmamaq məqsədilə bu obyektlərin yadplanetlilərə məxsus olması gizlədilir.


Müxtəlif dövrlərdə müşahidə olunmuş obyektlər
 Qədim dövr və orta əsrlərə aid rəsm və simvollarda bu obyektlərin təsvirləri var. Bu barədə növbəti məqalələrdə. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində uçan obyektlərin görülməsi barədə minlərlə məlumat verilmişdi. Lakin UFO-lara maraq 1947-ci ildə məşhur "Roswell UFO Qəzası"-dan sonra daha da artdı.






Roswell UFO Qəzası

    1947-ci ilin iyulu. Roswell şəhəri, Nyu Meksiko ştatı. Fermer William Brazel güclü səsə oyandı. O bunun sadəcə göy gurultusu olduğunu fikirləşdi. Lakin bu səs bir qədər fərqli idi. Brazel səhəri gözləmək qərarına gəldi. Səhər açıldıqdan sonra tarlaya gedən fermer parlaq metal qalıntıları aşkar etdi.

William Brazel
Qalıntılardan bir neçəsini götürən Brazel onları Nyu Meksiko Şerif Ofisinin işçisi George Wilcox-a göstərdi. Wilcox isə qalıntıları tədqiq etmək üçün Roswell Hərbi Hava Sahəsindən (ing. RAAF) mayor Jesse Marcel-i dəvət etdi. Marcel, Brazel və müstəntiq Sheridan Cavitt ərazini ziyarət etməyə getdilər. Qalıntılar təxminən 1 km-dən artıq ərazini əhatə edirdi. Marcel ABŞ Hərbi Hava Qüvvələrini xəbərdar etdi. İyulun 8-də yerli “Roswell Daily Record” qəzeti RAAF-ın ərazidə uçan boşqab aşkar etdiyini yazdı. Eyni gündə Federal Tədqiqat Bürosu (ing. FBI) ərazidə uçan boşqab deyil, qəzaya uğramış hava balonu tapıldığını elan etdi. Qalıntılar Teksasa aparıldı. Marcel də Teksasa uçdu. O burada general Roger Romey ilə görüşdü. Mediada bu obyektin yalnız hava balonu olması barədə yazılar dərc olundu. Bu hadisə 30 ildən artıq bir müddətdə unuduldu.
    1978-ci ildə ufoloq Stanton T. Friedman Jesse Marcel-dən müsahibə aldı. Marcel 1947-ci ildə aşakar etdikləri qalıqların əslində hava balonu olmadığını və yerdənkənar xüsusiyyətlərə malik olduğunu bildirdi. O, ərazidən üzərində qəribə heroqliflər olan və yanğınadavamlı obyektlərin tapıldığını bildirdi.

Jesse Marcel bəzi qalıqlarla
Friedman-ən əldə etdiyi bu məlumatlar "Roswell Hadisəsi"-ni tarixin ən məşhur UFO qəzası kimi tanıtdı. 1990-cı illərin əvvəllərində Friedman, William Moore, Karl T. Pflock, Kevin D. Randle və Donald R. Schmitt kimi ufoloqlar hadisə ilə əlaqəsi olduğu güman olunan yüzlərlə insandan müsahibələr aldılar, qəzanı araşdırmaq üçün müxtəlif ixtisaslı alimlərdən təşkil olunmuş gizli “Majestic 12” qrupundan sızmış məlumatları tədqiq etdilər. Onların gəldiyi nəticələrə görə, ərazidə ən azı bir yadplanetli gəmisi qəzaya uğramışdı. Qəzada ölən və sağ qalan yadplanetlilər gizli bazalara aparılmış, hökumət isə bu hadisəni “hava balonu qəzası” adı altında ört-basdır etmişdi.

    Walter Haut adlı şəxs “509th Bomb Group”-un1947-ci ildə ictimaiyyətlə əlaqələr üzrə məmuru idi. Verdiyi orijinal məlumatda o, RAAF-in ərazidə uçan disk aşkarladığını bildirmişdi. Lakin sonrakı müsahibələrdə hadisənin şahidi olmadığını bildirdi. 2002-ci ildə ölümündən sonra çap olunan sənəddə o həqiqətən də hadisənin şahidi olduğunu və ərazidən kosmik gəmi qalıntıları və yadplanetli cəsədləri tapıldığını bildirmişdi. Onun dediyinə görə, generallar William H. Blanchard və Roger Romey ilə yüksək səviyyəli görüş keçirildi. Haut qeyd edir ki, qalıntılar tədqiqatçılara baxılması üçün verildikdə onlar bu materialların nə olduğunu bilmədilər. General Roger mətbuata  məlumat verilməsini istədi, çünki sakinlər qəza yeri haqqında məlumatlı idilər. Lakin qalıntıların daha da çox olduğu ikinci qəza sahəsi də var idi. Plana görə, onlar birinci sahə barədə məlumat verməklə ikinci sahədəyə marağı azaltdılar. Ərazilərdə “təmizlənmə” əməliyyatı keçirildi. Hautun sənəddə yazdığı bu məlumatlar yerli sakinlərin şahidliyinə uyğun gəlir. Hautun dediyinə görə, general Blanchard onu RAAF-ın anqarlarından birinə apardı və orada olan kosmik gəmi və iki yadplanetli bədənini göstərdi. Gəminin uzunluğu 4.6 m, eni 1.8 m idi. Böyük başları olan bədənlərin uzunluğu 1.2 m idi. Haut bu bədənlərin yerdə olan heç bir varlığa aid olmadığını və kosmik mənşəli olduğunu bildirirdi. General Ramey Teksasa qayıtdı. Onun ofisdə, qalıntılarla birlikdə olduğu zaman əlində olan teletayp mesajın fotosu çəkildi. İddialara görə, “Ramey Memo” adlandırılan bu mesajda uçan diskin qəzaya uğraması və içərisindən yadplanetli bədənlərin tapılması barədə yazılıb.

Ramey Memo
    Hava qüvvələrinin generalı olmuş Artur E. Exon hadisənin həqiqətən də kosmik gəmi qəzası olduğunu bildirən ən yüksək rütbəli şəxsdir. O, hadisə yerində olmasa da, bu məlumatın ona inandığı və hadisəni tədqiq edən şəxslərdən biri tərəfindən verildiyini bildirirdi. Həmin şəxs ona yadplanetli bədənlərinin qəza yerindən tapıldığını bildirirdi. Generalın dediyinə görə, bu hadisə ən yüksək hökumət qüvvələri tərəfindən ört-basdır edilmişdi.
 Hadisənin həqiqətən baş verməsi barədə istefada olan bir çox yüksək təyinatlı şəxslər tərəfindən məlumatlar verilib.

Edgar Mitcell
“Apollo 14”-ün pilotu və ayda olmuş 12 şəxsdən biri Edgar Mitchell “Roswell Hadisəsi”-nin həqiqətlərinin gizlədilməsi barədə dəfələrlə müsahibə verib: “Bu hadisə həqiqətən də baş verib. Mən hökumətin hadisəni ört-basdır etməsi barədə gizli sənədlər görmüşəm. Roswell hadisəsi ilə əlaqəsi olmuş yüksək təyinatlı şəxslərlə danışana qədər  yadplanetlilərin mövcudluğuna inanmırdım. Çox az adam həqiqəti bilirdi. Xüsusi qruplar aşkar etdikləri cəsədlər üzərində tədqiqatlar aparırdılar”.

    Tarixdə ən məşhur kosmik gəmi qəzası olmuş bu hadisə hələ də böyük maraq doğurur. Bəziləri qəzada sağ qalmış yadplanetlilərin məşhur gizli 51-ci Sahədə (Area 51) saxlandığını və onlardan yadplanetli texnologiyasının öyrənildiyini qeyd edir.
    Hər halda hökumət indiyə qədər hadisəni inkar etsə də, şahidlərin sözləri kosmik gəmi qəzasını təsdiq edir





2 comments:

  1. bununla əlaqədar məşhur bir video da var. Youtubda yazsan taparsan. Bu hadisəni demək olar ki, uşaqlıqdan eşitmişəm və həmişə araşdırmışam. Videoya da dəfələrlə baxmışam. Ürküdücüdür, çünki videonun saxta olduğu sübu oluna bilmədi. Maraqlı yazıydı.

    ReplyDelete
    Replies
    1. Təşəkkürlər! Həmin video (Alien Autopsy) 1995-ci ildə ilk dəfə çıxmışdi. Həmin filmi ekranlara çıxaran prodüser onun 1947-ci ilə aid olduğunu demişdi. Sonradan videonun əsl olmadığını, əsli əsasında yaradıldığını bildirdi.Yəqin ki, yuxari qurumlar tərəfindən hədələnmişdi.

      -LabRat[m559]

      Delete