John Titor zaman səyahətçisi idi?



John Titor - 2000-2001-ci illərdə ABŞ-da internet forumlarında zaman zəyahətçisi olduğunu və 2036-cı ildən gəldiyini iddia edən istifadəçi. O, gələcəkdə baş verəcək bəzi hadisələri proqnoz vermişdi. John Titor internet tarixində ən böyük fenomenlərdən biri hesab olunur.

Onun internet yüklədiyi şəkillərdən biri. 2036-ci ildə
qulluq etdiyi hissənin nişanı. 
O ilk mesajlarını  “TimeTravel_0”  adı ilə  2000-ci ilin noyabrında “Time Travel Institute” adlı forumda yazırdı. Bu dövrdə hələ ki, “John Titor” adından istifadə etmirdi və gələcəkdə baş verəcək hadisələrdən danışmırdı.  O, əsasən zaman maşını yaratmaq texnologiyasını başa salır və yazılan suallara cavab verirdi.

O,  “John Titor” adından ilk dəfə 2001-ci ilin yanvarında  “Art Bell BBS” forumlarında yazarkən istifadə etdi. O özü haqqında məlumat verərkən 2036-cı ildə Floridanın Tampa şəhərində yaşayan amerikalı əsgər olduğunu bildirirdi. Titor hökumətin zamanda səyahət proqramına seçildiyini iddia edirdi.  Hökumət onu 2036-cı ildə bir çox kompyuter proqramlarında yaranacaq problemləri aradan qaldırmaq üçün lazım olan “IBM 5100” (1975-ci ildə istehsal olunub) markalı kompyuteri gətirmək üçün 1975-ci ilə göndərmişdi. Ondan nəyə görə 1975-ci ilə səyahət etdikdən sonra yenidən 2036-cı qayıtmamasını  və 2000-ci ilə gəlməsini soruşduqda o, bunu şəxsi səbəblərlə izah edirdi. 

Onun zaman maşınının sxemi.
Titor 2000-ci ilə bəzi ailə şəkillərini götürmək üçün gəldiyini bildirirdi. Çünki gələcəkdə baş verəcək vətəndaş müharibəsində həmin şəkillər itmişdi. O, ABŞ-da baş verə biləcək müharibəni xüsusilə qeyd edirdi. Ondan UFOyadplanetlilər barədə soruşduqda (Titor 2036-cı ildə hələ də onların sirrinin açılmadığını bildirirdi) Titor onların daha güclü zaman maşınlarına sahib səyahətçilər ola biləcəyini qeyd edirdi. Zaman maşınının konstruksiyasını izah edən Titor onun 1987-ci il istehsalı yük maşınında yerləşdirildiyini bidirirdi. O, qurğunun bəzi fotolarını forumlarda yerləşdirmişdi. Titor paralel zamanlar anlayışının düzgün olduğunu qeyd edirdi. Məsələn, John Titor digər zamana səyahət edirsə, orada görəcəyi John Titor özü deyil, onun paralel zaman formasıdır. Bu səbəbdən də o, proqnoz verilən hadisələrin dəyişə biləcəyini iddia edirdi.

Titorun internetə yerləşdirdiyi zaman maşınının şəkli.
Titorun dediyinə görə öz zaman xəttində 1998-ci ildə anadan olmuşdu. 2004-cü ildə ABŞ-da vətəndaş müharibəsi başladı. Müharibə 2015-ci ildə qısa 3-cü Dünya Müharibəsi ilə bitdi. Onun dedikləri: “2015-ci ildə Rusiya ABŞ-ın əsas şəhərlərinə, Çinə və bir neçə Avropa ölkəsinə atom bombası atdı. Birləşmiş Ştatların bir çox şəhəri, Avropa Birliyi və Çin məhv oldu.”
Titor müharibədən sonra ABŞ-ın paytaxtının Vaşinqtondan Nebraska ştatının Omaha şəhərinə köçürüldüyünü bildirirdi. O, həmçinin siyasi vəziyyətə görə 2004-cü ildən sonra rəsmi Olimpiya oyunlarının dayandırıldığını bildirmişdi.

Titorun forumlardakı son postu 2001-ci il martın sonunda oldu və ondan bir daha xəbər alınmadı. Titor əvvəlki postlarında martın sonunda 2036-ya geri qayıdacağını bildirmişdi.
Bir çox skeptiklər Titorun göstərdiyi hadisələrin əksəriyyətinin baş verməməsi səbəbindən onun saxtakar olduğunu hesab edirlər. Lakin Titor paralel zamanlarda hadisələrin dəyişə biləcəyini bildirmişdi.

2008-ci ildə italyan televiziya proqramlarından biri John Titor barədə araşdırmanı yayımladı. İşi araşdırmaq üçün Mike Lynch adlı detektiv tutulmuşdu. Lynch John Titor və ya Titor ailəsinə aid qeydiyyatda olan heç bir mülk tapa bilmədi. Əvəzində “John Titor Foundation” adlı kompaniyanın olduğunu aşkarladı. Bu kommersiya təşkilatı idi və 2003-cü ilin sentyabrında yaradılmışdı. Kompaniyanın ofisi yox idi, yalnız poçt adresinə malik idi. Oradan Titor-a aid heç bir məlumat tapılmadı. John Titorun mövcudluğunu yalnız kompaniyanın baş direktoru Larry Haber təsdiqlədi. Detektivin gəldiyi nəticəyə görə, John Titor Larry Haber-in qardaşı, kompyuter proqramçısı John Rick Haber ola bilərdi.

John Titor-un saxtakar və ya həqiqətən də zaman səyahətçisi olması hələ də sirr olaraq qalır və daim müzakirə olunan mövzulardan biridir.






0 comments:

Kosmos Yarışı

Soyuq müharibənin ən maraqlı səhifələrindən biri də SSRİ və ABŞ-ın arasında gedən "kosmos yarışı" idi. Belə ki "kosmos yarışı" mobil telefon, rəqəmsal fotoaparatlar daxil olmaqla gündəlik həyatımızda istifadə etdiyimiz 35 minə yaxın texnologiya məhsulunun yaranmasına səbəb olub.


SSRİ 1957-ci il oktyabrın 4-ü ilk süni peyk "Sputnik"i uğurla orbitə yerləşdirdi. Peykin ağırlığı 80 kq.-dan çox idi və dünyanın orbitində 2 aydan çox qaldı. "Sputnik" hərbi və iqtisadi potensialına görə Amerikada böyük panikaya səbəb oldu. Sovet xalqı tərəfindən rəğbətlə qarşılanan bu hadisə ilə SSRİ dünyaya "Kommunizm ilə ulduzlara" mesajını verirdi.

"Sputnik"in orbitə göndərilməsindən sarslan Amerika ictimaiyyətini prezident Kennedy sakiltləşdirməyə çalışır öz açıqlamalarında kosmosla bağlı xərclənən milyonlarla dolların kasıblıqla mübarizə və yeni silahların hazırlanmasından daha xeyirli olacağına xalqı inandırmağa çalışırdı. Müharibədən sonra Almaniyadan əldə edilən "V-2" roketləri ilə 1946-cı ildə Amerika tərəfindən göndərilən milçəklər kosmosa gedən ilk canlılar olacaqdı, amma bu uçuşlar da uğurlu alınmadı və SSRİ cavab verməkdə gecikmədi 1957-ci ildə "Sputnik 2"-də kosmosa ilk canlını - "Layka" adlı iti göndərdilər. Kapsulaya birləşdirilən batereyaların zəifləməsi, stress və həddən artıq istilik səbəbilə Layka Yerə qayıtmadan öldü. Buna baxmayaraq SSRİ bu hadisə ilə ABŞ-ı şoka sala bildi.

ABŞ kosmosa göndərmək üçün Afrikadan şimpanzelər gətirdilər və ən azı iki heyvan orbitə göndərildi. SSRİ-nin 1968-ci ilin sentyabrında "Zond 5" ilə kosmosa göndərdiyi tısbağalar isə Ay ətrafında fırlanan ilk canlılar oldu.


Kosmosda ilk insan, dünya şokda...

Gagarin'in tarixi uçuşu boyunca ağzından çıxan tək cümlə: "Uçuş normal davam edir... Mən yaxşıyam." 
Qərbin iddiasına görə Gagarin kapsulasında kosmosa çıxarkən belə bir cümlə də işlədib: "Buralarda hər hansı bir Tanrı görə bilmirəm.". Amma səs yazılarında belə bir cümləyə rast gəlinməyib.

"Kosmonavt geyimim və çiynimdən sallanan paraşütümlə məni gördüklərində çaşıb qaldılar, amma onlara: "Sakit olun yoldaşlar, mən də sizin kimi bir sovet vətəndaşıyam və təcili bir telefon tapmalıyam" - dedim"

*Gagarin Yerə endikdən sonra qarşılaşdığı insanlarla olan dialoqu

Sovetlərin Kosmosdakı ilk "ilki" Gagarinlə bitmədi. İlk sputniki, ilk heyvanı da kosmosa onlar göndərmiş, ilk kosmos səyahətini yenə ruslar həyata keçirmişdi. Venera və Aya ilk maşını endirən də ruslar idi.

Hər nə qədər Gagarin kosmos səyahətindən sağ qayıtmağı bacaran ilk insan olsa da, ruslar Gagarin'dən əvvəl kosmosa 2 nəfər göndərdiyini, amma bu astranavtların kosmosa gedərkən ya da birinin Çin torpaqlarına endikdən sonra Çin höküməti tərəfindən tutulub öldürüldüyünə dair iddialar irəli sürüblər. Bu iddialarda məşhur astranavtlardan birinin - Vladimr İlyuşkinin adı çəkilir.

Yuri Gagarindən 23 gün sonra Alan Shepard "Freedom 7" ilə kosmosa gedən ilk amerikalı oldu. John Glenn isə "Friendship 7" kosmik gəmisi ilə 1962-ci il 20 fevralda Yer kürəsi ətafında 3-cü dövrəsini də ataraq Yer kürəsi ətrafında dövrə vuran ilk amerikan oldu.Yenə ilklərin ünvanı olan ruslar həmin ilin 11-15 avqust tarixində eyni vaxtda iki nəfəri kosmosa göndərdilər. İlklər mövzusunda dayanmayan SSRİ 1963-cü il 16 iyunda "Vostok 6" gəmisi ilə Valentina Tereşkovanı kosmosa yolladı və o kosmosa gedən ilk qadın oldu.

1963-cü ildə "Hələ Aya insan göndərməyi planlaşdırmamışıq"- deyə Xruşşov açıqlama verdi. Bununla bərabər yarışı yarımçıq qoymayacaqlarını da dedi. Kennedy'nin "Kosmosla bağlı ortaq işlər görək" formasında təklifini rus texnologiyasını oğurlamağa yönəlmiş bir fikir kimi yozan Xruşşov təklifi rədd etdi. 1 il sonra vəziyyət dəyişdi. Aya insan göndərilməsinə dəstək verərək SSRİ bütün layihələrin rəhbəri kimi Korolevi təyin etdi. Korolevin ölümü və 1967-ci ildə "Soyuz" və 1969-cu ildə "N1" kosmik gəmilərinin uğursuz uçuşlarından sonra Ay ilə bağlı layihələr ləğv edildi və SSRİ meydandan çəkildi.

SSRİ-nin insansız kosmik gəmiləri Aya daha tez çatsa da Aya ayaq basan ilk insn Neil Armstrong Aolmuşdur. (21 iyul, 1969-cu il). "Apollo 11"-də kosmik səyahətin komandiri olan Armstrong dünyada 5000 milyon insanın canlı izlədiyi səfərdə Michael Collins və Buzz Aldrindən dəstək alırdı. Ay kabinəsindən kənarda 2 saat 21 dəqiqə 16 saniyə, ümumiyyətlə Ay səthində isə 21 saat 36 dəqiqə olmuşdur.

"Bir insan üçün kiçik, amma insanlıq üçün böyük bir addım" (Armstrong Aya ayaq basdığında dediyi cümlə.)

Bununla da "Kosmos yarışında" ABŞ qalib gəldi.

"Apollo 11"-in ardınca 10 astranavt da 6 müxtəlif səfərlə Aya getdi. Son səfər "Apollo 17" ilə 1972-ci ilin Dekabrında həyata keçdi. Planlaşdırılmış "Apollo 18 və 20" səfərləri kosmik gəmiyə büdcə ayırmaq üçün ləğv olundu. 

Bütün "Apollo" proyekti üçün 170 milyard dollara yaxın pul xərcləndi. Bütün proyektdə yer alan elm adamlarının sayı 30 mini keçirdi. "Apollo" proyekti Amerikanın elm sahəsində liderliyi ələ keçirib rəqiblərindən üstün olmasında "baş aktyor" oldu.

1975-ci il 17 İyulda Sovet kosmik gəmisi "Soyuz" və Amerikan kosmik gəmisi "Apollo" kosmosda birləşdi. iki düşmən super-dövlətin astronavtları bir birilərinin gəmilərini ziyarət edərək görüşdülər.

Apollo-Soyuz Sınaq Proyekti (ASTP) iki super gücün - ABŞ və SSRİ'nin bir yerdə həyata keçirdiyi ilk insanlı kosmik uçuş olduğuna görə KOSMOS YARIŞI'na son verən hadisə adlandırılır. Bu hadisə kosmos sahəsindəki rəqabətinə son versə də, "Soyuq müharibə" ASTP'dən sonra da davam etmişdir.

ASTP Apollo kosmik gəmisinin son uçuşu olub. ABŞ bundan sonra kosmosa insan göndərməsinə 6 il ara verib və ancaq 1981-ci ildə bu işə davam etmişdir.




Mənbə: Ali Çimen "Tarihi değiştirenler" kitab seriyası

0 comments:

Neandertallar niyə məhv oldular?




Alimlər müasir insan nəslinin ən yaxın qohumu sayılan Neandertalların nə səbəbə yox olması ilə bağlı bir neçə fərziyyə irəli sürüb. Bunlardan bir neçəsi ilə sizi tanış edəcəyik:


1) ABŞ-ın Tucsondakı Arizona Universitetindən olan tədqiqatçıların araşdırmalarına görə Neandertalların topuq sümükləri bizimkilərdən daha uzun olduğu və buna görə çox uzun məsafələrə qaça bilmədiklərini, onların yox olma səbəblərindən biri kimi göstərib.

2) Təkmilləşmiş silahları olan, Avropadakı mağaralara çəkdikləri rəsmlərlə sənətkarlıqlarını göstərən, bacarıqlı ovçu olan Neandertallar bütün bunlara baxmayaraq sağ qala bilmədilər. İber yarımadasının Cəbəllütariq şəhərində tapılan delfin fosili onların daha böyük balıqları da tuta bildiklərinə işarə verir. Lakin yenə də onların balıq və quş ovlamaqda bacarıqlı olduğu bəlli deyil. Belə ki, irəli sürülən fərziyyələrdən biri də Neandertalların Homo Sapiensin ovçuluq sahələrini daraltdığı üçün məhv olduqlarıdır.

3) Maraqlı fərziyyələrdən biri də Neandertalların yox olmasına səbəb kimi dovşan və ona oxşar başqa kiçik heyvanların göstərilməsidir. Jersey adasındakı Durrel “Vəhşi Təbiəti Qoruma” idarəsindən John Fa Neandertalların dovşan və ona oxşar kiçik heyvanları ovlaya bilmədiyi üçün məhv olduqlarını irəli sürür. Fa və digər tədqiqatçılar İspaniya və Fransanın cənubundakı arxeoloji qazıntı sahələrində tapılan heyvan skeletlərini incələyib və tapılan heyvanların ancaq iri heyvanlar olduğu görülüb. 30-50 min əvvələ aid kiçik heyvan skeletlərinin tapılmaması diqqəti cəlb edib. Bu heyvanların ovlana bilməməsinə səbəb kimi isə böyük heyvanları ovlamaq üçün istifadə etdikləri alov və silahların kiçik heyvanları ovlamaq üçün əlverişli olmaması göstərilib.

4) Oxford Universiteti tədqiqatçılardan Robin Dunbarın iddialarına görə Neandertalların beyni görmə və hərəkətə yönəldiyi üçün, onlar qavrama və ağıllılıq cəhətdən zəif olublar bu da onların məhv olmasına gətirib çıxarıb.

5) Southampton Universitetindən Clive Gambleın araşdırmalarına görə isə onların beyninin qavrama texnikasının zəif olması, iş birliyi apara bilməməsi nəticəsində onlar Homo Sapiens nəslinə qarışaraq tədricən yox olublar.



0 comments:

I’ll be on my way – The Beatles



John Lennon: vokal, akustik gitara
Paul McCartney: harmonik vokal, bass gitara
George Harrison: əsas gitara
Ringo Starr: təbil

Lennon/McCartney tərəfindən 1963-cü ildə yazılmış mahnı. Mahnı qrupun yazdığı və digər musiqiçilərə hadiyyə etdiyi bəzi mahnılardan biridir. “I’ll be on my way” mahnısı “Billy J Kramer and the Dakotas” qrupuna hədiyyə edilib. The Beatles mahnını yalnız bir dəfə, 1963-cü ilin aprelində BBC-nin London studiyasında lentə yazıb və mahnı iyunda BBC radio yayımında ilk dəfə yayımlanıb. Qrupun “Live at the BBC” (1994) albomuna daxildir.





                                        
                                              
                                           "The Beatles"-ın ifasında yeganə lent yazısı:



                                           Mahnı "Billy J Kramer and the Dakotas"-ın ifasında:







0 comments:

Yadplanetlilərin Ehtimal Olunan Növləri


Yer kürəsini yadplanetlilər ziyarət edirmi?
Minlərlə insan bu suala müsbət verir. Həmin insanlar bu varlıqları gördüyünü, onlarla ünsiyyət qurduğunu iddia edirlər. Nəzərə alsaq ki, kainatda trilyonlarla ulduz və planet var, onların iddiaları heç də ağlasığmaz səslənmir. Sadəcə professional elm bir sıra fiziki qanunları əsas gətirərək UFO, yadplanetli və bu kimi anlayışları ciddi qəbul etmək istəmir. 
Yeri ziyarət edən yadplanetlilərin bir neçə növdə olması iddia olunur. Onlar müxtəlif qalaktikalardan və Günəş siteminin də yerləşdiyi Süd Yolu qalaktikasının digər sistemlərindən gəlirlər. Yadplanetlilərin 3 növü haqqında insanlar daha çox məlumat verirlər:

Boz Yadplanetlilər (Grey aliens)
Bu növ haqqında ilk geniş məlumat 1961-ci ildə onlar tərəfindən qaçırıldıqlarını iddia edən Betty və Barney Hill tərəfindən verilib. Onlar boyu 1-1.2 m olan (bəziləri daha uzunboylu növlərin olduğunu iddia edir) canlılar şəklində təsvir olunur. Başları bədənlərinə nisbətdə çox böyükdür, burun və qulaqları çıxıntı şəklində deyil, bədlərində tük örtüyü yoxdur, cinsi orqanlara malik deyillər.
Roswell qəzasında kosmik gəmidə olmuş yadplanetlilərin bozlar və ya onlara oxşar bir növ olduğu ehtimal olunur.  Bozların Yerdən 39 işıq ili uzaqlıqdakı Zeta Reticuli ulduz sistemində yaşadığı ehtimal olunur.  Yadplanetlilər tərəfindən oğurlanan şəxslərin böyük hissəsi bu yadplanetliləri gördüyünü iddia edir.
Konspirasiya nəzəriyyəçiləri (dünyada baş verən bir çox hadisələrin ardında gizli məqsədlərin dayandığını iddia edən insanlar) boz yadplanetlilərin dövlətin gizli siyasətinin bir hissəsi olduğunu iddia edirlər. Onlar hesab edirlər ki, 20-ci əsrdə ABŞ-da bir neçə kosmik gəmi qəzası olub və qəzada sağ qalmış varlıqlar xilas olunaraq gizli laboratoriyalarda gizlədilib. ABŞ-ın bir sıra yüksək rütbəli məmurları onlarla görüşüb.

Reptiloidlər (Reptilians)
Yadplanetlilər tərəfindən qaçırılanların bəziləri sürünənlərə bənzər varlıqları təsvir edirlər. Bu varlıqlar tərəfindən qaçırıldığını iddia edən ilk insanlardan biri 1967-ci ildə amerikalı polis Herbert Schirmer olmuşdu.
Reptiloidlər barədə bir sıra konspirasiya nəzəriyyələri mövcuddur. Bunlardan ən məşhuru britaniyalı yazıçı David Icke-yə aiddir. Onun fikrincə, 1.5-3.5 m hündürlüyü olan reptiloidlər “Alpha Draconis” (Yerdən 300 işıq ili uzaqlıqda yerləşir) ulduz sistemində yaşayırlar.  O qeyd edir ki, bu varlıqlar çox qədim dövrlərdən Yeri ziyarət edirlər. Onların cild-dəyişmək qabiliyyəti var. Yəni insan formasına düşə bilirlər. Əksəriyyəti gizli yeraltı mağaralarda yaşayır. Dünyanın  idarəsi onların əlindədir. David  Icke-nin iddiasına görə, dünya liderlərinin bir çoxu (George W. Bush (ata Bush), Queen Elizabeth II və b.) reptiloiddirlər və ya onlarla genetik əlaqələri var. Icke-nin dünyanın 47-dən artıq ölkəsində ardıcılı var.
Bu nəzəriyyəyə skeptik yanaşan insanlar onun ilk dəfə 1983-cü ildə çəkilmiş 2-seriyalı “V” (Visitors) elmi-fantastik filmindən təsirləndiyini iddia edirlər. Serialda reptiloidlər Yerə insan formasında, sülh adı altıda gəlirlər. Əslində isə onların məqsədi Yeri işğal etməkdir.

Pleyadesli (Nordik) Yadplanetlilər
Yerdən 440 işıq ili uzaqlıqda yerləşən Pleyades ulduz sistemindən gəldikləri iddia olunan yadplanetlilər. Digər növlərdən fərqli olaraq onlar insan formasındadır. Görünüşlərinə görə skandinav xalqlarını xatırlatdığından onlara Nordiklər (nordic - şimallı) də deyilir. Boyu 1.8-2.1 m olan bu növlərin Bozlar və Reptiloidlərdən fərqli olaraq insanlara qarşı xoş münasibət bəsləməsi iddia olunur.  Onlat telepatik ünsiyyət qurmağı bacarırlar.
Ufoloq Michael Sall-ın iddiasına görə, ABŞ prezidenti Dwight D. Eisenhower 1954-cü ilin fevralında Nordiklərlə görüşüb. Bu iddialar dövlət adamları tərəfindən dəfələrlə rədd edilib.




- by LabRat[m559]

0 comments:

Çernobıl


      1986-cı il 25 aprel SSRİ'nin Kiyev şəhəri yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyası'nın (AES) 4 nömrəli reaktorundakı qrup növbəti gün aparılacaq təhlükəli bir sınağa hazırlaşırdı. Elektrik dəstəyi modulu söndürüləndə turbinlərin bundan sonra nə qədər çox dönəcəyi və enerji istehsal edəcəyinə davam edəcəyi yoxlanılacaqdı. Təhlükəli sınaq olduğundan bəzi kritik nəzarət sistemləri söndürülmüşdü. 26 aprel saat 01:00-da enerji artmağa başladı. saat 01:23-də məsul operator aşağı enerji səviyyəsindəki reaktoru söndürmək üçün işə başladı, amma gecikdi. əvvəlki xətalarla yaranan domino effekti kəskin enerji artımına, buxar partlayışlarına və nüvə enerjisi saxlayan 1000 tonluq qoruyucunu darmadağın olmasına səbəb oldu.

    Çernobıl'da baş verən qəza zamanı yaranan yanğını söndürmək üçün 9 gün lazım oldu. Vertolyotlarla partlayan reaktorun üstünə 5000 ton qum, gil və kalsium atıldı. Yaranan radiasiya nəticəsində qəhrəman pilot və yanğınsöndürənlərin hamısı bir neçə günə öldü. SSRİ növbə zamanı işləyən hamını həbs etdi. Reaksiyanı qarşısını almağa çalışan işçi belə 14 illik həbsə məhkum edildi. Amma 3 həftə içində həmin işçi də radiasiyadan öldü.


    Qorbaçov höküməti Çernobıl hadisəsini ört-basdır eləməyə çalışdı. Kiyev xalqı 1 May "Beynəlxalq Əmək Günü" nümayişlərinə qatılmağa məcbur edildi. Amma o vaxt xalq xarici radio stansiyalarından və qəzada ölən insanların yaxınlarından dəhşətli bir hadisənin baş verdiyi haqqında məlumatlar almışdı. İnsanlar bu hadisəni baş verdiyindən 10 gün sonra - may ayının 7-də öyrənə bildi. Kiyev xalqından başqa bütün dünya bu hadisəni danışmağa başlayanda Qorbaçov bu açıqlamanı verməyə məcbur oldu:

     "Axşamınız xeyir, yoldaşlar. Hamınızın bildiyi kimi inanılmaz bir bəxtsizlik oldu. Bu qəza, Sovet xalqını yaraladı və beynəlxalq cəmiyyəti şoka saldı. İlk dəfə, nəzarətdən çıxmış nüvə enerjisini ilə qarşı-qarşıyayıq."

     Qorbaçovun Çernobıl haqqında rəsmi açıqlamasından sonra həyəcan başladı. Kiyevdə siqnal səsləri eşidilirdi, mağazalardan, banklardan yağmalanan radioaktiv maddə yüklü hər şey qara bazarlarda satılmağa başlanıldı. Minlərlə insanın ölümünə səbəb olan bu satışları dayandırmaq üçün Ukrayna polisi bu əşyaları oğurlayanları vurmağa başladı.

      Çernobıl partlayışından keçən bu qədər müddətdən sonra radiasiya öldürücü səviyyədən aşağı düşüb, amma Çernobıl və ətrafı 48 min il bu radiasiyadan xilas ola bilməyəcək. Bölgədə yaşayışın bərpa olunması üçün yalnız 300 il sonra baş verə biləcək. 

      Çernobıl 1979-cu ildə Amerikadakı "Three-Mile Island" AES-indəki qəzadan sonra dünyanın şahid olduğu ən böyük nüvə partlayışı və ilk sənaye fəlakəti sayılır. Qəzanın təsiri ilə 10 000 adam öldü. 3,5 nilyon xəstələnən insanın 1/3-i uşaqlar idi.Tiroit xərçəngi isə qəzanın olduğu yerdə əvvəlki səviyyədən 10 dəfə artıqdır.

   Yaranan panika ilə qaçmağa başlayan xalq, hər şeyini bu şəhərdə qoydu. Böyüklər xatirələrini, uşaqlar isə oyuncaqlarını. Çernobıl küçələrində 18 ildir dərin bir səssizlik hökm sürür. Tərk edilmiş evlərdə çoxu mutant olan çöl donuzları məskən salıb.




Mənbə: Ali Çimen "Tarihi değiştirenler" kitap dizisi

0 comments:

Vimana – Qədim Kosmik Gəmilər?

Sözün hərfi mənası:

“Vimana” (Sanskritcə), “Vimanam” (Palicə) – gediləcək bir yolu ölçmək və ya qət etmək, uçan maşın, öz-öznü aparan, öz-özünə hərəkət edən, uçan maşın, uçan saray.

Şərqdə qədim Vimana maşınları:

Buddist bir rahib Gunavarman’ın eramızın IV əsridə Şri-Lanka‘dan Yava‘ya uçarak Yava‘nın kralını buddistə çevirdiyindən bəhs edən mətnlər mövcuddur. Bəlkə rahib Gunavarman bu uçuşu həyata keçirmək üçün qədim Vimanalardan istifadə etmişdi. Belə ki, uçan maşınlarla bağlı hekayelerin toplandığı “Ramayana” dastanında hadisələrin cərəyan etdiyi yerlərdən biri də Şri-Lankadır.
Rahib Gunavarman’ın Yavaya enişindən bir gün əvvəl Kralın anası yuxusunda böyük bir Ustad’ın uçan bir kosmik gəmi içində göydən endiyini görür. Günəşin ilk şəfəqləri Yava adasını işıqlandırarkən buddist rahib də göylərdə görünməyə başlayar. Bu hadisəyə şahid olanlar parıldayaraq uçan naməlum obyektin cüzi bir səs belə çıxarmadan yer səthinə endiyini görürlər. Yerli əhali rahib Gunavarman’ı Tanrının bir elçisi zənn edərək ona böyük hörmət göstərər.
Digər bir mənbədə isə Benares’dəki (Hindistan) bir Kralın ləl-cəvahirlə örtülü və havada uçan maşına sahib olduğundan bəhs edilir. “Ləl-cəvahir” sözü Vimanaların hərəkətə gətirilməsində istifadə olunan kristalları ifadə edir.
Pyes yazarı Bhavabhuti eramızın V əsrində “Yerli Bələdiyyə Məclisi”ndə cəmiyyətin ümumi işlərini yerinə yetirmək üçün istifadə olunan uçan maşınlardan bəhs edir.
Bütün bu mənbələr qədim Hindistanda və Şri-Lanka’da, IV-V əsrlərdə Vimanalar’ın fəal şəkildə və müəyyən məqsədlər üçün istifadə olunduğunu göstərir.
Ramayana’da “atlar, qartallar və fillər” formasında olan Vimanalar’dan da bəhs edilir. Bunların eynilə bir neçə uçan maşın tiplərini və kosmik gəmilərini müxtəlif heyvan adları ilə adlandırıldığı kimi, fərqli istiqamətlərdəki, ya da müəyyən bir sinifləndirməyə uyğun olan müxtəlif Vimanalar’a verilən adlar olması normaldır.
Vedalar’da da müxtəlif tip Vimanalar’dan bəhs edilir:

-“Agnihotra-vimana”: İki motorlu.
-“Fil Vimana”: İkidən çox motoru olan.
-Zərricə və İbis quşlarının adının verildiyi Vimanalar


- Məsələn Rama’nın mindiyi “Puşpaka Vimana”nın apardığı insan sayı – Rama, Sita və Lakşmana ilə bərabər onların bütün əskərlərinin də sayına bərabərdir. Bir çox otağı olduğu və pəncərələrini də nəzərə alsaq bu Vimana’nın “Fil” sinifinə aid olduğunu düşünə bilərik.
Mahabharata’nın “Ghatotrachabadma - Parva” adlı böülümündə bu dəfə motorları fillərə bənzəyən “Böyük Vimana”dan bəhs edilir.
“Qara dəmirdən düzəldilən 400 yojana (13 km-ə bərabər ölçü vahidi, bəzi mənbələrdə 8 km-ə bərabər tutulur) hündürlüyündə və eyni genişlikdə, uyğun yerlərə yerləşdirilmiş motorlarla təchiz edilmiş çox böyük və dəhşətli bir Vimana idi. [Bu Vimana’nı] heç bir at və ya fil hərəkətə gətirmirdi. Bunların yerinə fillərə bənzəyən [fil böyüklüyündə olan] maşınlarla hərəkətə gətirilirdi.”
Yenə Mahabharata’da Asura Maya’nın dörd stansiyası olan və diametri təxminən 5,5 km genişliyində olan dairəvi formada, iri bir qızıl maşın içində səyahətə çıxdığından bəhs edilir.
Bu iri Vimanalar bir mil uzunluğunda olan Əsas Gəmiləri təsvir edir.



1) Ramayana – “Rama’nın səyahətləri”, Valmiki tərəfindən yazılan Sanskrit epik şeiri, 7 bölüm və 50 000 misradan ibarətdir.

2) Mahabharata – “Bharataların böyük savaşı” Hindular’ın epik şeiri, 220 000 misradan ibarətdir. Müəllifi, rəvayətə görə, Vedalar’ı toplayan Krişna Dwaipayana’dır.


Sanskritcə mətndə Vimana haqqında texniki məlumatlar



Bir çox ölkənin alimləri artıq kosmosa uçuşların sirlərini təkrar kəşf edə bilmək üçün qədim Sanskrit mətnlərini araşdırırlar. Hindli bir alim Maharşi Bharadwaja, “Aeronavtika: Qədim Əlyazma Mətni” (Aeronautics: A Manuscript from Prehistoric Past) adlı çox maraqlı bir tərcümə mətni hazırlayıb. Bu əsərin, Mysore’dakı (Hindistan) Beynəlxalq Sanskrit Araşdırmaları Akademiyasında yayımlanan bu xülasəsində son dərəcə cəlbedici və inanılmaz məlumatlar var:
“Bu kitabda, fikirlərlə dolu və cəlbedici olan 8 fəsildə  Kainat üçün, insanlığın rifahına yenilik gətirici bir güc olaraq, səmada düzgün və rahat bir şəkildə səyahət etmək üçün Uçan Maşın tiplərini emal etmə sənəti tanıdılır.  
Hər hansı bir daxili qüvvə ilə yer üzündə, su içində və səmada rahat hərəkət edən maşına “Vimana” deyilir.
Aeronavtika ilə maraqlanan rahiblər səmada bir yerdən digər yerə, bir ölkədən başqa ölkəyə ya da bir dünyadan başqa bir dünyaya getmək üçün istifadə etdikləri Maşına “Vimana” deyirlər.
Alovla məhv edilə bilməyən,qırılmayan, parçalanmayan və çökdürülməyən uçan maşınların istehsalına icazə verən SİRR.
Uçan maşınları havada saxlaya bilən SİRR.
Uçan maşınları görünməz edə bilən SİRR.
Düşmənlərin uçan maşınlarında güclü səs və danışıqlar...
Düşmənlərin uçan maşınlarının içindəki görüntüləri aşkara çıxaran SİRR.
Düşmənlərin uçan maşınlarının istiqamətini itirməsinə səbəb olan SİRR.
Düşmənlərin uçan maşınlarındakı varlıqların yaddaşlarını itirməsinə səbəb olan və maşınlarını məhv edən SİRR.
Eynilə bütün üzvlərinin tam halda olduqda hər şeyin öhdəsindən gələ bilən bədənimiz kimi təsirli ola bilməsi üçün bir Uçan Maşının da bütün hissələri tam olmalıdır. Bir uçan maşının altındakı sahə və görüntüləri aydınlaşdıran ayna da daxil otuz bir parçası olmalıdır.
Uçan Maşının operatoru “Agnimitra”nın təsvir etdiyi kimi mövsümi dəyişikliklərinə görə müxtəlif materiallardan düzəldilən geyimlərlə təchiz edilib.
Uçan Maşınların operatorlarına ilin bütün fəsillərinə və hər bir Kalpa-Şastra’ya uyğun olan üç cür yemək verilməlidir. Yuxarıda bəhs edilən qida rejimi dəyişiklikləri ilə fəsillərdə yaranan 25 növ zəhər məhv edilir. Qidalar beş formada olur: bişirilmiş taxıl, yulaf sıyığı, sıyıq, çörək və və ətirli yağ. Bu qidaların hamısı gigiyenikdir və bədəni qoruyur.
Uçan Maşınlar üçün uyğun olan yüngül və istilik keçirən metalların Şownaka’ya görə 16 növü var və Uçan Maşın istehsalı üçün sadəcə bu 16 metalın əlverişli olduğunu ifadə etmişdir.”
Bu sətirlər yüz illər sonra yaranacaq bir texnologiyanı, bir aerodinamik, elektronik, mühəndislik, metallurgiya, kommunikasiya və kosmik-tibbi bilgiləri əhatə edir.


-LabRat[c573]

0 comments:

Yadplanetlilər: Betty və Barney-nin Oğurlanması


Çoxlu sayda insan qeyri-adi varlıqlar tərəfindən qaçırıldığını və üzərində tibbi əməliyyatlar aparıldığını iddia edir.  Bu insanlar  “oğurlananlar”, bu proses isə “yadplanetli oğurluğu” (ing. alien abduction) adlanır. Fiziki dəlillərin yetərli olmaması səbəbindən bir çox alimlər bu halı həmin şəxlərin sağlamlıq durumu – yuxusuzluq, stress, psixoloji vəziyyət, ətraf mühitin təsiri və s. kimi amillərlə əlaqələndirirlər. 1961-ci ildə Betty və Barney-nin başına gələn hadisə yadplanetli oğurluğu barədə verilən ilk geniş və sonradan məşhurlaşmış məlumat idi.
Betty və Barney Hills ailəsi Nyu Hempşir ştatının Portsmus şəhərində yaşayırdı. BarneyABŞ Poçt Servisində çalışırdı. Barney qaradərili olduğundan irqçiliyin hələ də güclü olduğu o dövr üçün onların ailə qurması nadir hadisə idi.
Betty və Barney Hill
Hillslərin dediyinə görə, hadisə 1961-ci il sentyabrın 19-da baş verdi. Onlar Kanadanın Monreal şəhərindən, istirahətdən evə qayıdırdılar. Qəflətən səmada parlaq işıq göründü. İşıq getdikcə böyüyürdü. Betty maşından düşüb işığa yaxından baxmağı və bu arada itləri Delsey-i gəzdirməyi təklif etdi. Barney hər ehtimala qarşı maşında olan tapançanı götürmüşdü. İşığa binoklla baxan Barney ilk öncə onun təyyarə olduğunu düşünsə də sonradan fikrini dəyişdi. Bu təyyarə deyildi. Maşına qayıdan cütlük qayalı yolla yollarına davam etdilər. Onların dediyinə görə, getdikcə daha da yaxınlaşan işıq onların ətrafında tez-tez hərəkət etməklə sanki onlarla oynayırdı. Bir müddətdən sonra onlara daha da yaxınlaşan işıq Barney-nin maşını dayandırmasına səbəb oldu. Maşından bir qədər aralıya diametri 30 m-ə yaxın bir obyekt endi. Binoklla baxan Barney obyektin pəncərəsindən 11-ə yaxın canlının ona baxdığını gördü. Yalnız bir canlıdan başqa digərləri gözdən itdi. Pəncərədən hələ də baxan canlı Barney-yə sanki “orada dayan və baxmağa davam elə” mesajını göndərdi. Bu an sanki şüurunu itirən Barney birdən-birə maşına doğru qaçdı. Onu maşının yanından müşahidə edən Betty-yə “onlar bizi tutmaq istəyirlər”deyərək maşına oturdu. Betty bu olanları görməmişdi və ərinin davranışlarını başa düşə bilmirdi. O, maşının pəncərəsindən çölə baxsa da heç nə görmədi. Qəflətən qəribə səslər gəlməyə başladı. Maşın titrəməyə başladı, cütlük bədənlərində elektrik hiss etdi. Onlar bundan sonra bir müddət şüursuz qaldıqlarını və ikinci dəfə qəribə səslərdən sonra ayıldıqlarını bildirirdilər. Onlar bu qısa müddətdə 35 km yol getmişdilər. Sanki onların 2 saatlıq vaxtı itmişdi.

Qaçırılanların əksəriyyəti həmin canlıları belə təsvir edirlər.
Bunlar ufologiyada Grey Aliens (Boz Yadplanetlilər) adlandırılır.
Evə qayıtdıqdan sonra onlar  qeyri-adi bir hadisənin baş verdiyini bilirdilər. Baş verənlərin təsvir çəkməyə çalışan Betty və Barney-nin təsvirləri oxşar alındı. Betty hadisə baş verən zaman əynində olan paltarın zədələndiyini və üzərində qəribə tozun olduğunu gördü.
Növbəti gün Betty bu barədə Hava Qüvvələrinə xəbər verdi. Lakin dəli elan olunacağından qorxaraq çox az məlumat verdi. O, UFO-lar barədə kitab tapıb oxudu və kitabın müəllifi, UFO-lara dair könüllü araşdırma qrupunun başçısı, istefada olan mayor Donald E. Keyhoe ilə əlaqə saxladı. Betty hadisəni bütün detalları ilə ona danışdı.
Hadisədən on gün sonra Betty qəribə yuxular görməyə başladı. Yuxuda 11-ə yaxın canlı onların maşınını saxlayır, onları disk formalı obyektin içinə aparır və üzərlərində tibbi müşahidələr aparırdılar.
Cütlük baş verənlər barədə ictimaiyyətə ilk dəfə 1963-cü ilin martında kilsədə məlumat verdi. Psixiatrla əlaqə yaratmaq istəyən cütlüyə Bostonlu həkim Benjamin Simon məsləhət görüldü.
1963-cü ilin noyabrında onlar Massaçusetsdəki “Quincy Center”-də həvəskar UFO araşdırma qrupu qarışında çıxış etdilər.
Onlar həkim Benjamin Simon-la 1963-cü ilin dekabrında görüşdülər. İlk söhbətlərində Simon onların baş verənlərin real olmasına həqiqətən də inandıqlarını gördü. Müalicə sessiyası 1964-ün yanvarından iyuna qədər davam etdi. Betty və Barney ilə ayrı-ayrılıqda məşğul olan həkim onların verdiyi məlumatların bir-birinə uyğun olmasını gördü.
Müalicə kursunun sonunda həkim Barney-nin danışdıqlarının Betty-nin yuxuları əsasında yaranmış fantaziya olduğu qərarına gəldi. Lakin o bunun hər şeyi izah etmədiyini də bildirdi. Cütlük onunla razılaşmadı.
Sessiyalardan sonra onlar normal yaşamlarına geri qayıtdılar. Hadisə barədə yalnız yaxınları ilə danışırdılar.
Lakin 1965-ci ilin dekabrında “Boston Traveler” qəzetinin üz qabığında “UFO: Həqiqətən də onlar cütlüyü tutmuşdular?” başlıqlı yazı dərc olundu. Yazının müəllifi, jurnalist John H. Lutrell bu məlumatı çox güman ki, cütlüyün 1963-cü ildə “Quincy Center”-də danışdıqlarının audio yazısına qulaq asmışdı. Oktyabrın 26-da Beynəlxalq Mətbuat Birliyi onun məqaləsini dərc etmək qərarına gəldi. Artıq cütlük beynəlxalq dərəcədə maraq dairəsində idilər.
1966-cı ildə yazıçı John G. Fuller cütlüyün və həkim Simon-un əməkdaşlığı ilə hadisə barədə “Kəsilmiş Səyahət” (Interrupted Journey) kitabını yazdı. Kitabda Betty-nin çəkdiyi qəribə “ulduz xəritəsi”-nin surəti də var idi.

Betty Hill-in çəkdiyi rəsm
1968-ci ildə həvəskar astronom Marjorie Fish adlı şəxs kitabı oxuyarkən “ulduz xəritəsi”-i onun diqətini çəkdi.  O, bu xəritənin UFO-nun gəldiyi ulduz sistemini göstərə biləcəyini fikirləşdi. Xəritədəki ulduzlardann birinin Günəş olacağını nəzərə alaraq Günəşə yaxın ulduzları araşdırmağa başladı. Bir neçə il araşdırmalardan sonra bu xəritənin Zeta Reticuli sistemini təsvir etdiyi qərarına gəldi. Bu sistem yerdən 39 işıq ili uzaqlıqda yerləşir. Betty-nin təsvir etdiyi üç əsas ulduz 1969-cu ilə kimi heç bir ulduz kataloqunda təsvir olunmamışdı.
Fish Betty-nin xəritəsi əsasında çəkdiyi xəritəni astronom Walter N. Webb-ə, Webb isə məşhur “Astronomy” jurnalının redaktoru Terence Dickinson-a  göndərdi. O, bu xəritəni ciddi qəbul eləməsə də, jurnalın tarixində ilk dəfə olaraq oxucular tərəfindən şərhlər bildirilməsi üçün xəritə jurnalda çap olundu. Jurnal iddianı dəstəkləyən və rədd edən bir çox yazı dərc etdi. Məşhur astronomlar Carl Sagan və Steven Soter ulduzların təsadüfi şəkildə bir-biri ilə birləşdirildiyini bildirdilər.
Marjorie Fish-in Betty-nin rəsmi əsasında çəkdiyi xəritə.
Sol Günəşin latınca adıdır.
Xəritənin həqiqətən də Zeti Reticuli sistemini göstərməsini iddia edənlər isə ulduzların bu şəkildə təsadüfi təsvir olunması ideyasını qəbul etmədilər.
1993-cü ildə iki alman tədqiqatçı xəritənin Günəş sistemini və hadisə baş verdiyi dövrdə ətrafda olan asteroidləri təsvir etdiyini iddia etdi.
Barney Hill 1969-cu ildə beyin qansızmasından, Betty Hill isə 2004-cü ildə xərçəngdən dünyasını dəyişib.
Bu hadisə ətrafında hələ də mübahisələr davam edir. Hər il onlarla insan başlarına gələn oxşar hadisələr barədə məlumat verir. Hadisənin nə dərcədə doğru olmasını yalnız gələcək göstərəcək.


 - by LabRat[m559]

0 comments:

Neandertallar və Müasir İnsanlar

     Alimlər müasir insanın Avropaya çatana qədər Neandertalların Avropada yüzminlərlə il yaşadığı inancına yenidən nəzər yetirilməsini istədi. 

     Molecular Biology və Evolution jurnalında çap olunan tədqiqata görə 50 min il əvvəl Avropada yaşaya bilən Neandertal nəsli Orta və Qərbi Avropada yeni sığınacaqlar qurub. Neandertallar Homo Sapienshələ Avropaya çatmadan 10 min il də yaşamağı bacarıb. 

       İsveçin paytaxtı Stockholm və Uppsala şəhəri ilə İspaniyanın paytaxtı Madriddə təşkil olunan tədqiqatlardan sonra yeni məlumatlar əldə edən İsveçli və İspanyol tədqiqatçılar Neandertalların müasir insanlarla qarşılaşmadan çox əvvəl məhv olmaq təhlüəsi ilə üz-üzə gəldiyini söyləyib. 
   İsveç Milli Tarix Muzeyinin səlahiyyətli nümayəndəsi Love Dalen deyib: “Avropadakı Neandertal nəsil ilk əvvəl məhv olma təhlükəsi yaşadı amma yenidən toplanmağı bacardılar... Anladığımız odur ki, Neandertallar Buz dövründə olan iqlim dəyişikliyindən zənn etdiyimizdən daha çox təsirlənib” 
    İspaniyanın şimalındakı Neandertal fosilləri ilə aparılan tədqiqatlar qədim insanların Avropada yaşadıqları 10 min ili ərzində genetik müxtəlifliklərinin ciddi şəkildə azaldığını göstərir. 
     Uppsala Universitetində Anders Götherström deyib: “Asiyada yaşamış qədim Neandertallar müasir insanlar qədər çox genetik müxtəlifliyə sahib idi. Buna baxmayaraq, Avropadakı Neandertalların genetik müxtəlifliyi İslandiyadakı müasir insanlar qədər də çox deyil.” 
    Yeni tədqiqatlara görə müasir insanın ilkin dövründəki ömür müddəti Neandertallarınkı ilə təxminən eyni idi. 
    Bugünə qədər antropoloqlar Neandertalların məhv olmalarına qarşı müasir insanın necə Afrika və Avropanın yeni bölgələrinə yayıla bildiyi məsələsi üzərində çalışırdılar. Bunun ən böyük səbəbi olaraq da ömür müddətləri arasındakı fərqlilik göstərilirdi. 
    Washington Universitetindən Erik Trinkaus Yer kürəsinin müxtəlif yerlərində təxminən 150000 illik dövr ərzində eyni dövrlərdə yaşamış ilkin insan və Neandertallara aid fosilləri araşdıraraq ömür müddətlərini öyrənməyə çalışıb. 
     Tapıntılar hər iki canlının da orta hesabla 20 ilə 40 il arasında dəyişən oxşar ömür müddətinə sahib olduğunu göstərir. Trinkaus bu tapıntılara əsaslanaraq ilkin müasir insanın sahib olduöu yüksək doğum və aşağı uşaq ölüm nisbətlərinin Neandertallara qarşı başlıca üstünlük və bunun sayəsində də öz yollarında davam edə bildiklərini göstərir. 


0 comments:

Uçan Naməlum Obyektlər: Roswell Qəzası


UFO ( ing. Unidentified Flying Object)  - havada peyda olan, radarlar tərəfindən qeydə alına bilməyən, çox böyük sürətlə hərəkət gedən mexanizm.  Bu obyektlər 1940-cı illərin sonu   50-ci illərin əvvəllərində  “uçan boşqab” və ya “uçan disk” adlandırılırdı. “Uçan boşqab” sözü 1947-ci ilin yayından etibarən yayılmağa başlamışdı.

İyunun 24-də Kennet Arnold adlı pilot Reyner dağı (ABŞ, Sietl  şəhəri) istiqamətində uçan 9 obyekt gördüyünü bildirdi. O, bu obyektlərin sürətinin 1900 km/saatdan artıq olduğunu bildirdi. Arnold obyekləri boşqabşəkilli təsvir etdiyindən qəzetlər “uşan boşqab”, “uçan disk” başlıqlı yazılar dərc etdi.  Obyektlər 1953-cü ildən etibarən ABŞ Hava Qüvvələri tərəfindən “UFO” adlandırılmağa başladı. Bunun səbəbi isə müşahidə olunan obyektlərin yalnız disk formalı yox bir neçə formalı olması idi. “UFO” sözü ilk öncə ədəbiyyatda, daha sonra isə ictimaiyyətdə geniş istifadə olumağa başladı. Soyuq Müharibə (1947-1991-ci illəri edən ABŞ – SSRİ münasibtələri ) dövrü olduğundan bu obyektlərin milli təhlükəsizliyə nə dərəcədə zərər vura biləcəyi məsələsi ön plana çəkilmişdi. Həm hökumət, həm də adi vətəndaşların araşdırmaları bu obyektlərin təhlükəli olması barədə nəticə vermədi. Hal-hazırda UFO yerdənkənar həyat və ya gizli dövlət proqramları ilə izah olunur. Bir çox fikirlərə görə, insanlar arasında qorxu yaratmamaq məqsədilə bu obyektlərin yadplanetlilərə məxsus olması gizlədilir.


Müxtəlif dövrlərdə müşahidə olunmuş obyektlər
 Qədim dövr və orta əsrlərə aid rəsm və simvollarda bu obyektlərin təsvirləri var. Bu barədə növbəti məqalələrdə. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində uçan obyektlərin görülməsi barədə minlərlə məlumat verilmişdi. Lakin UFO-lara maraq 1947-ci ildə məşhur "Roswell UFO Qəzası"-dan sonra daha da artdı.






Roswell UFO Qəzası

    1947-ci ilin iyulu. Roswell şəhəri, Nyu Meksiko ştatı. Fermer William Brazel güclü səsə oyandı. O bunun sadəcə göy gurultusu olduğunu fikirləşdi. Lakin bu səs bir qədər fərqli idi. Brazel səhəri gözləmək qərarına gəldi. Səhər açıldıqdan sonra tarlaya gedən fermer parlaq metal qalıntıları aşkar etdi.

William Brazel
Qalıntılardan bir neçəsini götürən Brazel onları Nyu Meksiko Şerif Ofisinin işçisi George Wilcox-a göstərdi. Wilcox isə qalıntıları tədqiq etmək üçün Roswell Hərbi Hava Sahəsindən (ing. RAAF) mayor Jesse Marcel-i dəvət etdi. Marcel, Brazel və müstəntiq Sheridan Cavitt ərazini ziyarət etməyə getdilər. Qalıntılar təxminən 1 km-dən artıq ərazini əhatə edirdi. Marcel ABŞ Hərbi Hava Qüvvələrini xəbərdar etdi. İyulun 8-də yerli “Roswell Daily Record” qəzeti RAAF-ın ərazidə uçan boşqab aşkar etdiyini yazdı. Eyni gündə Federal Tədqiqat Bürosu (ing. FBI) ərazidə uçan boşqab deyil, qəzaya uğramış hava balonu tapıldığını elan etdi. Qalıntılar Teksasa aparıldı. Marcel də Teksasa uçdu. O burada general Roger Romey ilə görüşdü. Mediada bu obyektin yalnız hava balonu olması barədə yazılar dərc olundu. Bu hadisə 30 ildən artıq bir müddətdə unuduldu.
    1978-ci ildə ufoloq Stanton T. Friedman Jesse Marcel-dən müsahibə aldı. Marcel 1947-ci ildə aşakar etdikləri qalıqların əslində hava balonu olmadığını və yerdənkənar xüsusiyyətlərə malik olduğunu bildirdi. O, ərazidən üzərində qəribə heroqliflər olan və yanğınadavamlı obyektlərin tapıldığını bildirdi.

Jesse Marcel bəzi qalıqlarla
Friedman-ən əldə etdiyi bu məlumatlar "Roswell Hadisəsi"-ni tarixin ən məşhur UFO qəzası kimi tanıtdı. 1990-cı illərin əvvəllərində Friedman, William Moore, Karl T. Pflock, Kevin D. Randle və Donald R. Schmitt kimi ufoloqlar hadisə ilə əlaqəsi olduğu güman olunan yüzlərlə insandan müsahibələr aldılar, qəzanı araşdırmaq üçün müxtəlif ixtisaslı alimlərdən təşkil olunmuş gizli “Majestic 12” qrupundan sızmış məlumatları tədqiq etdilər. Onların gəldiyi nəticələrə görə, ərazidə ən azı bir yadplanetli gəmisi qəzaya uğramışdı. Qəzada ölən və sağ qalan yadplanetlilər gizli bazalara aparılmış, hökumət isə bu hadisəni “hava balonu qəzası” adı altında ört-basdır etmişdi.

    Walter Haut adlı şəxs “509th Bomb Group”-un1947-ci ildə ictimaiyyətlə əlaqələr üzrə məmuru idi. Verdiyi orijinal məlumatda o, RAAF-in ərazidə uçan disk aşkarladığını bildirmişdi. Lakin sonrakı müsahibələrdə hadisənin şahidi olmadığını bildirdi. 2002-ci ildə ölümündən sonra çap olunan sənəddə o həqiqətən də hadisənin şahidi olduğunu və ərazidən kosmik gəmi qalıntıları və yadplanetli cəsədləri tapıldığını bildirmişdi. Onun dediyinə görə, generallar William H. Blanchard və Roger Romey ilə yüksək səviyyəli görüş keçirildi. Haut qeyd edir ki, qalıntılar tədqiqatçılara baxılması üçün verildikdə onlar bu materialların nə olduğunu bilmədilər. General Roger mətbuata  məlumat verilməsini istədi, çünki sakinlər qəza yeri haqqında məlumatlı idilər. Lakin qalıntıların daha da çox olduğu ikinci qəza sahəsi də var idi. Plana görə, onlar birinci sahə barədə məlumat verməklə ikinci sahədəyə marağı azaltdılar. Ərazilərdə “təmizlənmə” əməliyyatı keçirildi. Hautun sənəddə yazdığı bu məlumatlar yerli sakinlərin şahidliyinə uyğun gəlir. Hautun dediyinə görə, general Blanchard onu RAAF-ın anqarlarından birinə apardı və orada olan kosmik gəmi və iki yadplanetli bədənini göstərdi. Gəminin uzunluğu 4.6 m, eni 1.8 m idi. Böyük başları olan bədənlərin uzunluğu 1.2 m idi. Haut bu bədənlərin yerdə olan heç bir varlığa aid olmadığını və kosmik mənşəli olduğunu bildirirdi. General Ramey Teksasa qayıtdı. Onun ofisdə, qalıntılarla birlikdə olduğu zaman əlində olan teletayp mesajın fotosu çəkildi. İddialara görə, “Ramey Memo” adlandırılan bu mesajda uçan diskin qəzaya uğraması və içərisindən yadplanetli bədənlərin tapılması barədə yazılıb.

Ramey Memo
    Hava qüvvələrinin generalı olmuş Artur E. Exon hadisənin həqiqətən də kosmik gəmi qəzası olduğunu bildirən ən yüksək rütbəli şəxsdir. O, hadisə yerində olmasa da, bu məlumatın ona inandığı və hadisəni tədqiq edən şəxslərdən biri tərəfindən verildiyini bildirirdi. Həmin şəxs ona yadplanetli bədənlərinin qəza yerindən tapıldığını bildirirdi. Generalın dediyinə görə, bu hadisə ən yüksək hökumət qüvvələri tərəfindən ört-basdır edilmişdi.
 Hadisənin həqiqətən baş verməsi barədə istefada olan bir çox yüksək təyinatlı şəxslər tərəfindən məlumatlar verilib.

Edgar Mitcell
“Apollo 14”-ün pilotu və ayda olmuş 12 şəxsdən biri Edgar Mitchell “Roswell Hadisəsi”-nin həqiqətlərinin gizlədilməsi barədə dəfələrlə müsahibə verib: “Bu hadisə həqiqətən də baş verib. Mən hökumətin hadisəni ört-basdır etməsi barədə gizli sənədlər görmüşəm. Roswell hadisəsi ilə əlaqəsi olmuş yüksək təyinatlı şəxslərlə danışana qədər  yadplanetlilərin mövcudluğuna inanmırdım. Çox az adam həqiqəti bilirdi. Xüsusi qruplar aşkar etdikləri cəsədlər üzərində tədqiqatlar aparırdılar”.

    Tarixdə ən məşhur kosmik gəmi qəzası olmuş bu hadisə hələ də böyük maraq doğurur. Bəziləri qəzada sağ qalmış yadplanetlilərin məşhur gizli 51-ci Sahədə (Area 51) saxlandığını və onlardan yadplanetli texnologiyasının öyrənildiyini qeyd edir.
    Hər halda hökumət indiyə qədər hadisəni inkar etsə də, şahidlərin sözləri kosmik gəmi qəzasını təsdiq edir





2 comments: