Kosmos Yarışı

Soyuq müharibənin ən maraqlı səhifələrindən biri də SSRİ və ABŞ-ın arasında gedən "kosmos yarışı" idi. Belə ki "kosmos yarışı" mobil telefon, rəqəmsal fotoaparatlar daxil olmaqla gündəlik həyatımızda istifadə etdiyimiz 35 minə yaxın texnologiya məhsulunun yaranmasına səbəb olub.


SSRİ 1957-ci il oktyabrın 4-ü ilk süni peyk "Sputnik"i uğurla orbitə yerləşdirdi. Peykin ağırlığı 80 kq.-dan çox idi və dünyanın orbitində 2 aydan çox qaldı. "Sputnik" hərbi və iqtisadi potensialına görə Amerikada böyük panikaya səbəb oldu. Sovet xalqı tərəfindən rəğbətlə qarşılanan bu hadisə ilə SSRİ dünyaya "Kommunizm ilə ulduzlara" mesajını verirdi.

"Sputnik"in orbitə göndərilməsindən sarslan Amerika ictimaiyyətini prezident Kennedy sakiltləşdirməyə çalışır öz açıqlamalarında kosmosla bağlı xərclənən milyonlarla dolların kasıblıqla mübarizə və yeni silahların hazırlanmasından daha xeyirli olacağına xalqı inandırmağa çalışırdı. Müharibədən sonra Almaniyadan əldə edilən "V-2" roketləri ilə 1946-cı ildə Amerika tərəfindən göndərilən milçəklər kosmosa gedən ilk canlılar olacaqdı, amma bu uçuşlar da uğurlu alınmadı və SSRİ cavab verməkdə gecikmədi 1957-ci ildə "Sputnik 2"-də kosmosa ilk canlını - "Layka" adlı iti göndərdilər. Kapsulaya birləşdirilən batereyaların zəifləməsi, stress və həddən artıq istilik səbəbilə Layka Yerə qayıtmadan öldü. Buna baxmayaraq SSRİ bu hadisə ilə ABŞ-ı şoka sala bildi.

ABŞ kosmosa göndərmək üçün Afrikadan şimpanzelər gətirdilər və ən azı iki heyvan orbitə göndərildi. SSRİ-nin 1968-ci ilin sentyabrında "Zond 5" ilə kosmosa göndərdiyi tısbağalar isə Ay ətrafında fırlanan ilk canlılar oldu.


Kosmosda ilk insan, dünya şokda...

Gagarin'in tarixi uçuşu boyunca ağzından çıxan tək cümlə: "Uçuş normal davam edir... Mən yaxşıyam." 
Qərbin iddiasına görə Gagarin kapsulasında kosmosa çıxarkən belə bir cümlə də işlədib: "Buralarda hər hansı bir Tanrı görə bilmirəm.". Amma səs yazılarında belə bir cümləyə rast gəlinməyib.

"Kosmonavt geyimim və çiynimdən sallanan paraşütümlə məni gördüklərində çaşıb qaldılar, amma onlara: "Sakit olun yoldaşlar, mən də sizin kimi bir sovet vətəndaşıyam və təcili bir telefon tapmalıyam" - dedim"

*Gagarin Yerə endikdən sonra qarşılaşdığı insanlarla olan dialoqu

Sovetlərin Kosmosdakı ilk "ilki" Gagarinlə bitmədi. İlk sputniki, ilk heyvanı da kosmosa onlar göndərmiş, ilk kosmos səyahətini yenə ruslar həyata keçirmişdi. Venera və Aya ilk maşını endirən də ruslar idi.

Hər nə qədər Gagarin kosmos səyahətindən sağ qayıtmağı bacaran ilk insan olsa da, ruslar Gagarin'dən əvvəl kosmosa 2 nəfər göndərdiyini, amma bu astranavtların kosmosa gedərkən ya da birinin Çin torpaqlarına endikdən sonra Çin höküməti tərəfindən tutulub öldürüldüyünə dair iddialar irəli sürüblər. Bu iddialarda məşhur astranavtlardan birinin - Vladimr İlyuşkinin adı çəkilir.

Yuri Gagarindən 23 gün sonra Alan Shepard "Freedom 7" ilə kosmosa gedən ilk amerikalı oldu. John Glenn isə "Friendship 7" kosmik gəmisi ilə 1962-ci il 20 fevralda Yer kürəsi ətafında 3-cü dövrəsini də ataraq Yer kürəsi ətrafında dövrə vuran ilk amerikan oldu.Yenə ilklərin ünvanı olan ruslar həmin ilin 11-15 avqust tarixində eyni vaxtda iki nəfəri kosmosa göndərdilər. İlklər mövzusunda dayanmayan SSRİ 1963-cü il 16 iyunda "Vostok 6" gəmisi ilə Valentina Tereşkovanı kosmosa yolladı və o kosmosa gedən ilk qadın oldu.

1963-cü ildə "Hələ Aya insan göndərməyi planlaşdırmamışıq"- deyə Xruşşov açıqlama verdi. Bununla bərabər yarışı yarımçıq qoymayacaqlarını da dedi. Kennedy'nin "Kosmosla bağlı ortaq işlər görək" formasında təklifini rus texnologiyasını oğurlamağa yönəlmiş bir fikir kimi yozan Xruşşov təklifi rədd etdi. 1 il sonra vəziyyət dəyişdi. Aya insan göndərilməsinə dəstək verərək SSRİ bütün layihələrin rəhbəri kimi Korolevi təyin etdi. Korolevin ölümü və 1967-ci ildə "Soyuz" və 1969-cu ildə "N1" kosmik gəmilərinin uğursuz uçuşlarından sonra Ay ilə bağlı layihələr ləğv edildi və SSRİ meydandan çəkildi.

SSRİ-nin insansız kosmik gəmiləri Aya daha tez çatsa da Aya ayaq basan ilk insn Neil Armstrong Aolmuşdur. (21 iyul, 1969-cu il). "Apollo 11"-də kosmik səyahətin komandiri olan Armstrong dünyada 5000 milyon insanın canlı izlədiyi səfərdə Michael Collins və Buzz Aldrindən dəstək alırdı. Ay kabinəsindən kənarda 2 saat 21 dəqiqə 16 saniyə, ümumiyyətlə Ay səthində isə 21 saat 36 dəqiqə olmuşdur.

"Bir insan üçün kiçik, amma insanlıq üçün böyük bir addım" (Armstrong Aya ayaq basdığında dediyi cümlə.)

Bununla da "Kosmos yarışında" ABŞ qalib gəldi.

"Apollo 11"-in ardınca 10 astranavt da 6 müxtəlif səfərlə Aya getdi. Son səfər "Apollo 17" ilə 1972-ci ilin Dekabrında həyata keçdi. Planlaşdırılmış "Apollo 18 və 20" səfərləri kosmik gəmiyə büdcə ayırmaq üçün ləğv olundu. 

Bütün "Apollo" proyekti üçün 170 milyard dollara yaxın pul xərcləndi. Bütün proyektdə yer alan elm adamlarının sayı 30 mini keçirdi. "Apollo" proyekti Amerikanın elm sahəsində liderliyi ələ keçirib rəqiblərindən üstün olmasında "baş aktyor" oldu.

1975-ci il 17 İyulda Sovet kosmik gəmisi "Soyuz" və Amerikan kosmik gəmisi "Apollo" kosmosda birləşdi. iki düşmən super-dövlətin astronavtları bir birilərinin gəmilərini ziyarət edərək görüşdülər.

Apollo-Soyuz Sınaq Proyekti (ASTP) iki super gücün - ABŞ və SSRİ'nin bir yerdə həyata keçirdiyi ilk insanlı kosmik uçuş olduğuna görə KOSMOS YARIŞI'na son verən hadisə adlandırılır. Bu hadisə kosmos sahəsindəki rəqabətinə son versə də, "Soyuq müharibə" ASTP'dən sonra da davam etmişdir.

ASTP Apollo kosmik gəmisinin son uçuşu olub. ABŞ bundan sonra kosmosa insan göndərməsinə 6 il ara verib və ancaq 1981-ci ildə bu işə davam etmişdir.




Mənbə: Ali Çimen "Tarihi değiştirenler" kitab seriyası

0 comments: