Pluton hələ də sirlərini qoruyur.


Günəş Sistemi’ndə Neptun’dan sonra gələn kiçik planet Pluton’un Charon, Nix, Hydra, S/2011 və S/2012 P1 peyklərindən başqa beş peyki də ola biləcəyi iddia edilir. NASA tərəfindən həyata keçirilən simulyasiyada 2015-ci ilin 14 iyulunda Pluton-Charon sisteminə girməyi gözlənilən New Horizons kosmik gəmisinin iki göy cismi əhatələyən asteroidlə dolu bir sahədə daxil olacağı görülüb.

Yeni simulyasiya, bugünə qədər Hubble Kosmik Teleskop’u ilə kəşf edilən bu peyklər dörd peykdən uzaqda qalan, orbitləri daha böyük olan yeni peyklər olacağı iddia edilir. Peyklərin indiyə qədər kəşf edilməməsinin səbəbləri çox sönük və kiçik olmaları, Hubble’ın görüş məsafəsindən uzaqda qalmaları ola bilər.

Kəşf ediləcək çox şey var

Discovery News’ın xəbərinə görə Utah Universiteti’ndən Benjamin Bromley və Harvard Astrofizika Mərkəzi’ndən Scott Keyon’un həyata keçirdiyi simulyasiya, New Horizons’ın Plutonun orbitindən keçməsi üçün birdən çox variant düşünülməsi gərək olduğu fikrini müdafiə edir.

Problem odur ki, Pluton və Charonu əhatə edən bölgəyə girən vaxt bir asteroid və ya buzdan bir meteroitlə toqquşma zamanı saatda 57 min km sürətlə irəliləyən New Horizons Yer Kürəsinə məlumat göndərmədən yox olacaq.

Digər tərəfdən, Pluton-Charon sistemində kəşf ediləcək çox sirr var. Ay’ın kütləsi Ye’rin kütləsinin yüzdə birinə bərabərdir. Amma Charon’un kütləsi Pluton’un kütləsinin yüzdə 12sinə bərabərdir. Bu səbəbdən Yer’lə Ay arasındakı ağırlıq mərkəzi Yerin diametrinin daxilində qalarkən, Pluton və Charon ortaq ağırlıq mərkəzinin ətrafında fırlanır və "cüt ulduz" olaraq adlandırılır.

Bundan əlavə, Pluton’un son dərəcə dağınıq geologiyasının səbəbi nədir? Astronomlar kiçik planetin Yupiter’in bir çox peykində olduğu kimi qaz və tozdan ibarət kosmik diskdən ibarət  olabiləcəyini düşünürlər.


Yeni bir nəzəriyyə

ABŞın Boulder Universiteti’ndən Robin Canup daha maraqlı olan bir nəzəriyyə iddia edir. Canup’un fikrincə, Pluton əvvəllər Günəş Sistemi’ndəki planetlərdən uzaqda qalan Kuiper qurşağı hissələrindən biri ilə toqquşub.

Onun hazırladığı simulyasiyaya görə,toqquşmada kütləsi planetinə nisbətən daha böyük olan bir peyk yarandı. Üstəlik, spiral bir kosmik dağıntı iki kosmik cismin ətrafında bir halqa əmələ gətirdi.
Simulyasiya toqquşmadan sonrakı 10 ildə halqanın daha da böyüdüyünü, 100 min il içində isə halqadan saçılan birneçə kilometr diametrindəki cisimlər qarşılarına çıxan toz parçalarını da cəzb edərək çox kiçik peyklərə çevrildiyini göstərib.

Astronomlar ilk əvvəl 1978-ci ildə Charon’u kəşf etmişdi. Növbə ilə 2011 və 2012-ci illərdə kəşf edilən S/2011 P 1 ve S/2012 P 1 peyklərinə isə Cerberus və Vulcan adlarının verilməsinə qərar verildi. Beynəlxalq Astronomiya Birliyi (IAU) hələ rəsmi olaraq peyklərin adını açıqlamayıb.


-LabRat[c573]

Mənbə: NTVBİLİM

0 comments: