John Titor zaman səyahətçisi idi?



John Titor - 2000-2001-ci illərdə ABŞ-da internet forumlarında zaman zəyahətçisi olduğunu və 2036-cı ildən gəldiyini iddia edən istifadəçi. O, gələcəkdə baş verəcək bəzi hadisələri proqnoz vermişdi. John Titor internet tarixində ən böyük fenomenlərdən biri hesab olunur.

Onun internet yüklədiyi şəkillərdən biri. 2036-ci ildə
qulluq etdiyi hissənin nişanı. 
O ilk mesajlarını  “TimeTravel_0”  adı ilə  2000-ci ilin noyabrında “Time Travel Institute” adlı forumda yazırdı. Bu dövrdə hələ ki, “John Titor” adından istifadə etmirdi və gələcəkdə baş verəcək hadisələrdən danışmırdı.  O, əsasən zaman maşını yaratmaq texnologiyasını başa salır və yazılan suallara cavab verirdi.

O,  “John Titor” adından ilk dəfə 2001-ci ilin yanvarında  “Art Bell BBS” forumlarında yazarkən istifadə etdi. O özü haqqında məlumat verərkən 2036-cı ildə Floridanın Tampa şəhərində yaşayan amerikalı əsgər olduğunu bildirirdi. Titor hökumətin zamanda səyahət proqramına seçildiyini iddia edirdi.  Hökumət onu 2036-cı ildə bir çox kompyuter proqramlarında yaranacaq problemləri aradan qaldırmaq üçün lazım olan “IBM 5100” (1975-ci ildə istehsal olunub) markalı kompyuteri gətirmək üçün 1975-ci ilə göndərmişdi. Ondan nəyə görə 1975-ci ilə səyahət etdikdən sonra yenidən 2036-cı qayıtmamasını  və 2000-ci ilə gəlməsini soruşduqda o, bunu şəxsi səbəblərlə izah edirdi. 

Onun zaman maşınının sxemi.
Titor 2000-ci ilə bəzi ailə şəkillərini götürmək üçün gəldiyini bildirirdi. Çünki gələcəkdə baş verəcək vətəndaş müharibəsində həmin şəkillər itmişdi. O, ABŞ-da baş verə biləcək müharibəni xüsusilə qeyd edirdi. Ondan UFOyadplanetlilər barədə soruşduqda (Titor 2036-cı ildə hələ də onların sirrinin açılmadığını bildirirdi) Titor onların daha güclü zaman maşınlarına sahib səyahətçilər ola biləcəyini qeyd edirdi. Zaman maşınının konstruksiyasını izah edən Titor onun 1987-ci il istehsalı yük maşınında yerləşdirildiyini bidirirdi. O, qurğunun bəzi fotolarını forumlarda yerləşdirmişdi. Titor paralel zamanlar anlayışının düzgün olduğunu qeyd edirdi. Məsələn, John Titor digər zamana səyahət edirsə, orada görəcəyi John Titor özü deyil, onun paralel zaman formasıdır. Bu səbəbdən də o, proqnoz verilən hadisələrin dəyişə biləcəyini iddia edirdi.

Titorun internetə yerləşdirdiyi zaman maşınının şəkli.
Titorun dediyinə görə öz zaman xəttində 1998-ci ildə anadan olmuşdu. 2004-cü ildə ABŞ-da vətəndaş müharibəsi başladı. Müharibə 2015-ci ildə qısa 3-cü Dünya Müharibəsi ilə bitdi. Onun dedikləri: “2015-ci ildə Rusiya ABŞ-ın əsas şəhərlərinə, Çinə və bir neçə Avropa ölkəsinə atom bombası atdı. Birləşmiş Ştatların bir çox şəhəri, Avropa Birliyi və Çin məhv oldu.”
Titor müharibədən sonra ABŞ-ın paytaxtının Vaşinqtondan Nebraska ştatının Omaha şəhərinə köçürüldüyünü bildirirdi. O, həmçinin siyasi vəziyyətə görə 2004-cü ildən sonra rəsmi Olimpiya oyunlarının dayandırıldığını bildirmişdi.

Titorun forumlardakı son postu 2001-ci il martın sonunda oldu və ondan bir daha xəbər alınmadı. Titor əvvəlki postlarında martın sonunda 2036-ya geri qayıdacağını bildirmişdi.
Bir çox skeptiklər Titorun göstərdiyi hadisələrin əksəriyyətinin baş verməməsi səbəbindən onun saxtakar olduğunu hesab edirlər. Lakin Titor paralel zamanlarda hadisələrin dəyişə biləcəyini bildirmişdi.

2008-ci ildə italyan televiziya proqramlarından biri John Titor barədə araşdırmanı yayımladı. İşi araşdırmaq üçün Mike Lynch adlı detektiv tutulmuşdu. Lynch John Titor və ya Titor ailəsinə aid qeydiyyatda olan heç bir mülk tapa bilmədi. Əvəzində “John Titor Foundation” adlı kompaniyanın olduğunu aşkarladı. Bu kommersiya təşkilatı idi və 2003-cü ilin sentyabrında yaradılmışdı. Kompaniyanın ofisi yox idi, yalnız poçt adresinə malik idi. Oradan Titor-a aid heç bir məlumat tapılmadı. John Titorun mövcudluğunu yalnız kompaniyanın baş direktoru Larry Haber təsdiqlədi. Detektivin gəldiyi nəticəyə görə, John Titor Larry Haber-in qardaşı, kompyuter proqramçısı John Rick Haber ola bilərdi.

John Titor-un saxtakar və ya həqiqətən də zaman səyahətçisi olması hələ də sirr olaraq qalır və daim müzakirə olunan mövzulardan biridir.






0 comments: