John Titor zaman səyahətçisi idi?

0 comments


John Titor - 2000-2001-ci illərdə ABŞ-da internet forumlarında zaman zəyahətçisi olduğunu və 2036-cı ildən gəldiyini iddia edən istifadəçi. O, gələcəkdə baş verəcək bəzi hadisələri proqnoz vermişdi. John Titor internet tarixində ən böyük fenomenlərdən biri hesab olunur.

Onun internet yüklədiyi şəkillərdən biri. 2036-ci ildə
qulluq etdiyi hissənin nişanı. 
O ilk mesajlarını  “TimeTravel_0”  adı ilə  2000-ci ilin noyabrında “Time Travel Institute” adlı forumda yazırdı. Bu dövrdə hələ ki, “John Titor” adından istifadə etmirdi və gələcəkdə baş verəcək hadisələrdən danışmırdı.  O, əsasən zaman maşını yaratmaq texnologiyasını başa salır və yazılan suallara cavab verirdi.

O,  “John Titor” adından ilk dəfə 2001-ci ilin yanvarında  “Art Bell BBS” forumlarında yazarkən istifadə etdi. O özü haqqında məlumat verərkən 2036-cı ildə Floridanın Tampa şəhərində yaşayan amerikalı əsgər olduğunu bildirirdi. Titor hökumətin zamanda səyahət proqramına seçildiyini iddia edirdi.  Hökumət onu 2036-cı ildə bir çox kompyuter proqramlarında yaranacaq problemləri aradan qaldırmaq üçün lazım olan “IBM 5100” (1975-ci ildə istehsal olunub) markalı kompyuteri gətirmək üçün 1975-ci ilə göndərmişdi. Ondan nəyə görə 1975-ci ilə səyahət etdikdən sonra yenidən 2036-cı qayıtmamasını  və 2000-ci ilə gəlməsini soruşduqda o, bunu şəxsi səbəblərlə izah edirdi. 

Onun zaman maşınının sxemi.
Titor 2000-ci ilə bəzi ailə şəkillərini götürmək üçün gəldiyini bildirirdi. Çünki gələcəkdə baş verəcək vətəndaş müharibəsində həmin şəkillər itmişdi. O, ABŞ-da baş verə biləcək müharibəni xüsusilə qeyd edirdi. Ondan UFOyadplanetlilər barədə soruşduqda (Titor 2036-cı ildə hələ də onların sirrinin açılmadığını bildirirdi) Titor onların daha güclü zaman maşınlarına sahib səyahətçilər ola biləcəyini qeyd edirdi. Zaman maşınının konstruksiyasını izah edən Titor onun 1987-ci il istehsalı yük maşınında yerləşdirildiyini bidirirdi. O, qurğunun bəzi fotolarını forumlarda yerləşdirmişdi. Titor paralel zamanlar anlayışının düzgün olduğunu qeyd edirdi. Məsələn, John Titor digər zamana səyahət edirsə, orada görəcəyi John Titor özü deyil, onun paralel zaman formasıdır. Bu səbəbdən də o, proqnoz verilən hadisələrin dəyişə biləcəyini iddia edirdi.

Titorun internetə yerləşdirdiyi zaman maşınının şəkli.
Titorun dediyinə görə öz zaman xəttində 1998-ci ildə anadan olmuşdu. 2004-cü ildə ABŞ-da vətəndaş müharibəsi başladı. Müharibə 2015-ci ildə qısa 3-cü Dünya Müharibəsi ilə bitdi. Onun dedikləri: “2015-ci ildə Rusiya ABŞ-ın əsas şəhərlərinə, Çinə və bir neçə Avropa ölkəsinə atom bombası atdı. Birləşmiş Ştatların bir çox şəhəri, Avropa Birliyi və Çin məhv oldu.”
Titor müharibədən sonra ABŞ-ın paytaxtının Vaşinqtondan Nebraska ştatının Omaha şəhərinə köçürüldüyünü bildirirdi. O, həmçinin siyasi vəziyyətə görə 2004-cü ildən sonra rəsmi Olimpiya oyunlarının dayandırıldığını bildirmişdi.

Titorun forumlardakı son postu 2001-ci il martın sonunda oldu və ondan bir daha xəbər alınmadı. Titor əvvəlki postlarında martın sonunda 2036-ya geri qayıdacağını bildirmişdi.
Bir çox skeptiklər Titorun göstərdiyi hadisələrin əksəriyyətinin baş verməməsi səbəbindən onun saxtakar olduğunu hesab edirlər. Lakin Titor paralel zamanlarda hadisələrin dəyişə biləcəyini bildirmişdi.

2008-ci ildə italyan televiziya proqramlarından biri John Titor barədə araşdırmanı yayımladı. İşi araşdırmaq üçün Mike Lynch adlı detektiv tutulmuşdu. Lynch John Titor və ya Titor ailəsinə aid qeydiyyatda olan heç bir mülk tapa bilmədi. Əvəzində “John Titor Foundation” adlı kompaniyanın olduğunu aşkarladı. Bu kommersiya təşkilatı idi və 2003-cü ilin sentyabrında yaradılmışdı. Kompaniyanın ofisi yox idi, yalnız poçt adresinə malik idi. Oradan Titor-a aid heç bir məlumat tapılmadı. John Titorun mövcudluğunu yalnız kompaniyanın baş direktoru Larry Haber təsdiqlədi. Detektivin gəldiyi nəticəyə görə, John Titor Larry Haber-in qardaşı, kompyuter proqramçısı John Rick Haber ola bilərdi.

John Titor-un saxtakar və ya həqiqətən də zaman səyahətçisi olması hələ də sirr olaraq qalır və daim müzakirə olunan mövzulardan biridir.






Ardını oxu »

Kosmos Yarışı

0 comments
Soyuq müharibənin ən maraqlı səhifələrindən biri də SSRİ və ABŞ-ın arasında gedən "kosmos yarışı" idi. Belə ki "kosmos yarışı" mobil telefon, rəqəmsal fotoaparatlar daxil olmaqla gündəlik həyatımızda istifadə etdiyimiz 35 minə yaxın texnologiya məhsulunun yaranmasına səbəb olub.


SSRİ 1957-ci il oktyabrın 4-ü ilk süni peyk "Sputnik"i uğurla orbitə yerləşdirdi. Peykin ağırlığı 80 kq.-dan çox idi və dünyanın orbitində 2 aydan çox qaldı. "Sputnik" hərbi və iqtisadi potensialına görə Amerikada böyük panikaya səbəb oldu. Sovet xalqı tərəfindən rəğbətlə qarşılanan bu hadisə ilə SSRİ dünyaya "Kommunizm ilə ulduzlara" mesajını verirdi.

"Sputnik"in orbitə göndərilməsindən sarslan Amerika ictimaiyyətini prezident Kennedy sakiltləşdirməyə çalışır öz açıqlamalarında kosmosla bağlı xərclənən milyonlarla dolların kasıblıqla mübarizə və yeni silahların hazırlanmasından daha xeyirli olacağına xalqı inandırmağa çalışırdı. Müharibədən sonra Almaniyadan əldə edilən "V-2" roketləri ilə 1946-cı ildə Amerika tərəfindən göndərilən milçəklər kosmosa gedən ilk canlılar olacaqdı, amma bu uçuşlar da uğurlu alınmadı və SSRİ cavab verməkdə gecikmədi 1957-ci ildə "Sputnik 2"-də kosmosa ilk canlını - "Layka" adlı iti göndərdilər. Kapsulaya birləşdirilən batereyaların zəifləməsi, stress və həddən artıq istilik səbəbilə Layka Yerə qayıtmadan öldü. Buna baxmayaraq SSRİ bu hadisə ilə ABŞ-ı şoka sala bildi.

ABŞ kosmosa göndərmək üçün Afrikadan şimpanzelər gətirdilər və ən azı iki heyvan orbitə göndərildi. SSRİ-nin 1968-ci ilin sentyabrında "Zond 5" ilə kosmosa göndərdiyi tısbağalar isə Ay ətrafında fırlanan ilk canlılar oldu.


Kosmosda ilk insan, dünya şokda...

Gagarin'in tarixi uçuşu boyunca ağzından çıxan tək cümlə: "Uçuş normal davam edir... Mən yaxşıyam." 
Qərbin iddiasına görə Gagarin kapsulasında kosmosa çıxarkən belə bir cümlə də işlədib: "Buralarda hər hansı bir Tanrı görə bilmirəm.". Amma səs yazılarında belə bir cümləyə rast gəlinməyib.

"Kosmonavt geyimim və çiynimdən sallanan paraşütümlə məni gördüklərində çaşıb qaldılar, amma onlara: "Sakit olun yoldaşlar, mən də sizin kimi bir sovet vətəndaşıyam və təcili bir telefon tapmalıyam" - dedim"

*Gagarin Yerə endikdən sonra qarşılaşdığı insanlarla olan dialoqu

Sovetlərin Kosmosdakı ilk "ilki" Gagarinlə bitmədi. İlk sputniki, ilk heyvanı da kosmosa onlar göndərmiş, ilk kosmos səyahətini yenə ruslar həyata keçirmişdi. Venera və Aya ilk maşını endirən də ruslar idi.

Hər nə qədər Gagarin kosmos səyahətindən sağ qayıtmağı bacaran ilk insan olsa da, ruslar Gagarin'dən əvvəl kosmosa 2 nəfər göndərdiyini, amma bu astranavtların kosmosa gedərkən ya da birinin Çin torpaqlarına endikdən sonra Çin höküməti tərəfindən tutulub öldürüldüyünə dair iddialar irəli sürüblər. Bu iddialarda məşhur astranavtlardan birinin - Vladimr İlyuşkinin adı çəkilir.

Yuri Gagarindən 23 gün sonra Alan Shepard "Freedom 7" ilə kosmosa gedən ilk amerikalı oldu. John Glenn isə "Friendship 7" kosmik gəmisi ilə 1962-ci il 20 fevralda Yer kürəsi ətafında 3-cü dövrəsini də ataraq Yer kürəsi ətrafında dövrə vuran ilk amerikan oldu.Yenə ilklərin ünvanı olan ruslar həmin ilin 11-15 avqust tarixində eyni vaxtda iki nəfəri kosmosa göndərdilər. İlklər mövzusunda dayanmayan SSRİ 1963-cü il 16 iyunda "Vostok 6" gəmisi ilə Valentina Tereşkovanı kosmosa yolladı və o kosmosa gedən ilk qadın oldu.

1963-cü ildə "Hələ Aya insan göndərməyi planlaşdırmamışıq"- deyə Xruşşov açıqlama verdi. Bununla bərabər yarışı yarımçıq qoymayacaqlarını da dedi. Kennedy'nin "Kosmosla bağlı ortaq işlər görək" formasında təklifini rus texnologiyasını oğurlamağa yönəlmiş bir fikir kimi yozan Xruşşov təklifi rədd etdi. 1 il sonra vəziyyət dəyişdi. Aya insan göndərilməsinə dəstək verərək SSRİ bütün layihələrin rəhbəri kimi Korolevi təyin etdi. Korolevin ölümü və 1967-ci ildə "Soyuz" və 1969-cu ildə "N1" kosmik gəmilərinin uğursuz uçuşlarından sonra Ay ilə bağlı layihələr ləğv edildi və SSRİ meydandan çəkildi.

SSRİ-nin insansız kosmik gəmiləri Aya daha tez çatsa da Aya ayaq basan ilk insn Neil Armstrong Aolmuşdur. (21 iyul, 1969-cu il). "Apollo 11"-də kosmik səyahətin komandiri olan Armstrong dünyada 5000 milyon insanın canlı izlədiyi səfərdə Michael Collins və Buzz Aldrindən dəstək alırdı. Ay kabinəsindən kənarda 2 saat 21 dəqiqə 16 saniyə, ümumiyyətlə Ay səthində isə 21 saat 36 dəqiqə olmuşdur.

"Bir insan üçün kiçik, amma insanlıq üçün böyük bir addım" (Armstrong Aya ayaq basdığında dediyi cümlə.)

Bununla da "Kosmos yarışında" ABŞ qalib gəldi.

"Apollo 11"-in ardınca 10 astranavt da 6 müxtəlif səfərlə Aya getdi. Son səfər "Apollo 17" ilə 1972-ci ilin Dekabrında həyata keçdi. Planlaşdırılmış "Apollo 18 və 20" səfərləri kosmik gəmiyə büdcə ayırmaq üçün ləğv olundu. 

Bütün "Apollo" proyekti üçün 170 milyard dollara yaxın pul xərcləndi. Bütün proyektdə yer alan elm adamlarının sayı 30 mini keçirdi. "Apollo" proyekti Amerikanın elm sahəsində liderliyi ələ keçirib rəqiblərindən üstün olmasında "baş aktyor" oldu.

1975-ci il 17 İyulda Sovet kosmik gəmisi "Soyuz" və Amerikan kosmik gəmisi "Apollo" kosmosda birləşdi. iki düşmən super-dövlətin astronavtları bir birilərinin gəmilərini ziyarət edərək görüşdülər.

Apollo-Soyuz Sınaq Proyekti (ASTP) iki super gücün - ABŞ və SSRİ'nin bir yerdə həyata keçirdiyi ilk insanlı kosmik uçuş olduğuna görə KOSMOS YARIŞI'na son verən hadisə adlandırılır. Bu hadisə kosmos sahəsindəki rəqabətinə son versə də, "Soyuq müharibə" ASTP'dən sonra da davam etmişdir.

ASTP Apollo kosmik gəmisinin son uçuşu olub. ABŞ bundan sonra kosmosa insan göndərməsinə 6 il ara verib və ancaq 1981-ci ildə bu işə davam etmişdir.




Mənbə: Ali Çimen "Tarihi değiştirenler" kitab seriyası

Ardını oxu »

Neandertallar niyə məhv oldular?

0 comments



Alimlər müasir insan nəslinin ən yaxın qohumu sayılan Neandertalların nə səbəbə yox olması ilə bağlı bir neçə fərziyyə irəli sürüb. Bunlardan bir neçəsi ilə sizi tanış edəcəyik:


1) ABŞ-ın Tucsondakı Arizona Universitetindən olan tədqiqatçıların araşdırmalarına görə Neandertalların topuq sümükləri bizimkilərdən daha uzun olduğu və buna görə çox uzun məsafələrə qaça bilmədiklərini, onların yox olma səbəblərindən biri kimi göstərib.

2) Təkmilləşmiş silahları olan, Avropadakı mağaralara çəkdikləri rəsmlərlə sənətkarlıqlarını göstərən, bacarıqlı ovçu olan Neandertallar bütün bunlara baxmayaraq sağ qala bilmədilər. İber yarımadasının Cəbəllütariq şəhərində tapılan delfin fosili onların daha böyük balıqları da tuta bildiklərinə işarə verir. Lakin yenə də onların balıq və quş ovlamaqda bacarıqlı olduğu bəlli deyil. Belə ki, irəli sürülən fərziyyələrdən biri də Neandertalların Homo Sapiensin ovçuluq sahələrini daraltdığı üçün məhv olduqlarıdır.

3) Maraqlı fərziyyələrdən biri də Neandertalların yox olmasına səbəb kimi dovşan və ona oxşar başqa kiçik heyvanların göstərilməsidir. Jersey adasındakı Durrel “Vəhşi Təbiəti Qoruma” idarəsindən John Fa Neandertalların dovşan və ona oxşar kiçik heyvanları ovlaya bilmədiyi üçün məhv olduqlarını irəli sürür. Fa və digər tədqiqatçılar İspaniya və Fransanın cənubundakı arxeoloji qazıntı sahələrində tapılan heyvan skeletlərini incələyib və tapılan heyvanların ancaq iri heyvanlar olduğu görülüb. 30-50 min əvvələ aid kiçik heyvan skeletlərinin tapılmaması diqqəti cəlb edib. Bu heyvanların ovlana bilməməsinə səbəb kimi isə böyük heyvanları ovlamaq üçün istifadə etdikləri alov və silahların kiçik heyvanları ovlamaq üçün əlverişli olmaması göstərilib.

4) Oxford Universiteti tədqiqatçılardan Robin Dunbarın iddialarına görə Neandertalların beyni görmə və hərəkətə yönəldiyi üçün, onlar qavrama və ağıllılıq cəhətdən zəif olublar bu da onların məhv olmasına gətirib çıxarıb.

5) Southampton Universitetindən Clive Gambleın araşdırmalarına görə isə onların beyninin qavrama texnikasının zəif olması, iş birliyi apara bilməməsi nəticəsində onlar Homo Sapiens nəslinə qarışaraq tədricən yox olublar.



Ardını oxu »

I’ll be on my way – The Beatles

0 comments


John Lennon: vokal, akustik gitara
Paul McCartney: harmonik vokal, bass gitara
George Harrison: əsas gitara
Ringo Starr: təbil

Lennon/McCartney tərəfindən 1963-cü ildə yazılmış mahnı. Mahnı qrupun yazdığı və digər musiqiçilərə hadiyyə etdiyi bəzi mahnılardan biridir. “I’ll be on my way” mahnısı “Billy J Kramer and the Dakotas” qrupuna hədiyyə edilib. The Beatles mahnını yalnız bir dəfə, 1963-cü ilin aprelində BBC-nin London studiyasında lentə yazıb və mahnı iyunda BBC radio yayımında ilk dəfə yayımlanıb. Qrupun “Live at the BBC” (1994) albomuna daxildir.





                                        
                                              
                                           "The Beatles"-ın ifasında yeganə lent yazısı:



                                           Mahnı "Billy J Kramer and the Dakotas"-ın ifasında:







Ardını oxu »

Yadplanetlilərin Ehtimal Olunan Növləri

0 comments

Yer kürəsini yadplanetlilər ziyarət edirmi?
Minlərlə insan bu suala müsbət verir. Həmin insanlar bu varlıqları gördüyünü, onlarla ünsiyyət qurduğunu iddia edirlər. Nəzərə alsaq ki, kainatda trilyonlarla ulduz və planet var, onların iddiaları heç də ağlasığmaz səslənmir. Sadəcə professional elm bir sıra fiziki qanunları əsas gətirərək UFO, yadplanetli və bu kimi anlayışları ciddi qəbul etmək istəmir. 
Yeri ziyarət edən yadplanetlilərin bir neçə növdə olması iddia olunur. Onlar müxtəlif qalaktikalardan və Günəş siteminin də yerləşdiyi Süd Yolu qalaktikasının digər sistemlərindən gəlirlər. Yadplanetlilərin 3 növü haqqında insanlar daha çox məlumat verirlər:

Boz Yadplanetlilər (Grey aliens)
Bu növ haqqında ilk geniş məlumat 1961-ci ildə onlar tərəfindən qaçırıldıqlarını iddia edən Betty və Barney Hill tərəfindən verilib. Onlar boyu 1-1.2 m olan (bəziləri daha uzunboylu növlərin olduğunu iddia edir) canlılar şəklində təsvir olunur. Başları bədənlərinə nisbətdə çox böyükdür, burun və qulaqları çıxıntı şəklində deyil, bədlərində tük örtüyü yoxdur, cinsi orqanlara malik deyillər.
Roswell qəzasında kosmik gəmidə olmuş yadplanetlilərin bozlar və ya onlara oxşar bir növ olduğu ehtimal olunur.  Bozların Yerdən 39 işıq ili uzaqlıqdakı Zeta Reticuli ulduz sistemində yaşadığı ehtimal olunur.  Yadplanetlilər tərəfindən oğurlanan şəxslərin böyük hissəsi bu yadplanetliləri gördüyünü iddia edir.
Konspirasiya nəzəriyyəçiləri (dünyada baş verən bir çox hadisələrin ardında gizli məqsədlərin dayandığını iddia edən insanlar) boz yadplanetlilərin dövlətin gizli siyasətinin bir hissəsi olduğunu iddia edirlər. Onlar hesab edirlər ki, 20-ci əsrdə ABŞ-da bir neçə kosmik gəmi qəzası olub və qəzada sağ qalmış varlıqlar xilas olunaraq gizli laboratoriyalarda gizlədilib. ABŞ-ın bir sıra yüksək rütbəli məmurları onlarla görüşüb.

Reptiloidlər (Reptilians)
Yadplanetlilər tərəfindən qaçırılanların bəziləri sürünənlərə bənzər varlıqları təsvir edirlər. Bu varlıqlar tərəfindən qaçırıldığını iddia edən ilk insanlardan biri 1967-ci ildə amerikalı polis Herbert Schirmer olmuşdu.
Reptiloidlər barədə bir sıra konspirasiya nəzəriyyələri mövcuddur. Bunlardan ən məşhuru britaniyalı yazıçı David Icke-yə aiddir. Onun fikrincə, 1.5-3.5 m hündürlüyü olan reptiloidlər “Alpha Draconis” (Yerdən 300 işıq ili uzaqlıqda yerləşir) ulduz sistemində yaşayırlar.  O qeyd edir ki, bu varlıqlar çox qədim dövrlərdən Yeri ziyarət edirlər. Onların cild-dəyişmək qabiliyyəti var. Yəni insan formasına düşə bilirlər. Əksəriyyəti gizli yeraltı mağaralarda yaşayır. Dünyanın  idarəsi onların əlindədir. David  Icke-nin iddiasına görə, dünya liderlərinin bir çoxu (George W. Bush (ata Bush), Queen Elizabeth II və b.) reptiloiddirlər və ya onlarla genetik əlaqələri var. Icke-nin dünyanın 47-dən artıq ölkəsində ardıcılı var.
Bu nəzəriyyəyə skeptik yanaşan insanlar onun ilk dəfə 1983-cü ildə çəkilmiş 2-seriyalı “V” (Visitors) elmi-fantastik filmindən təsirləndiyini iddia edirlər. Serialda reptiloidlər Yerə insan formasında, sülh adı altıda gəlirlər. Əslində isə onların məqsədi Yeri işğal etməkdir.

Pleyadesli (Nordik) Yadplanetlilər
Yerdən 440 işıq ili uzaqlıqda yerləşən Pleyades ulduz sistemindən gəldikləri iddia olunan yadplanetlilər. Digər növlərdən fərqli olaraq onlar insan formasındadır. Görünüşlərinə görə skandinav xalqlarını xatırlatdığından onlara Nordiklər (nordic - şimallı) də deyilir. Boyu 1.8-2.1 m olan bu növlərin Bozlar və Reptiloidlərdən fərqli olaraq insanlara qarşı xoş münasibət bəsləməsi iddia olunur.  Onlat telepatik ünsiyyət qurmağı bacarırlar.
Ufoloq Michael Sall-ın iddiasına görə, ABŞ prezidenti Dwight D. Eisenhower 1954-cü ilin fevralında Nordiklərlə görüşüb. Bu iddialar dövlət adamları tərəfindən dəfələrlə rədd edilib.




- by LabRat[m559]

Ardını oxu »

Çernobıl

0 comments

      1986-cı il 25 aprel SSRİ'nin Kiyev şəhəri yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyası'nın (AES) 4 nömrəli reaktorundakı qrup növbəti gün aparılacaq təhlükəli bir sınağa hazırlaşırdı. Elektrik dəstəyi modulu söndürüləndə turbinlərin bundan sonra nə qədər çox dönəcəyi və enerji istehsal edəcəyinə davam edəcəyi yoxlanılacaqdı. Təhlükəli sınaq olduğundan bəzi kritik nəzarət sistemləri söndürülmüşdü. 26 aprel saat 01:00-da enerji artmağa başladı. saat 01:23-də məsul operator aşağı enerji səviyyəsindəki reaktoru söndürmək üçün işə başladı, amma gecikdi. əvvəlki xətalarla yaranan domino effekti kəskin enerji artımına, buxar partlayışlarına və nüvə enerjisi saxlayan 1000 tonluq qoruyucunu darmadağın olmasına səbəb oldu.

    Çernobıl'da baş verən qəza zamanı yaranan yanğını söndürmək üçün 9 gün lazım oldu. Vertolyotlarla partlayan reaktorun üstünə 5000 ton qum, gil və kalsium atıldı. Yaranan radiasiya nəticəsində qəhrəman pilot və yanğınsöndürənlərin hamısı bir neçə günə öldü. SSRİ növbə zamanı işləyən hamını həbs etdi. Reaksiyanı qarşısını almağa çalışan işçi belə 14 illik həbsə məhkum edildi. Amma 3 həftə içində həmin işçi də radiasiyadan öldü.


    Qorbaçov höküməti Çernobıl hadisəsini ört-basdır eləməyə çalışdı. Kiyev xalqı 1 May "Beynəlxalq Əmək Günü" nümayişlərinə qatılmağa məcbur edildi. Amma o vaxt xalq xarici radio stansiyalarından və qəzada ölən insanların yaxınlarından dəhşətli bir hadisənin baş verdiyi haqqında məlumatlar almışdı. İnsanlar bu hadisəni baş verdiyindən 10 gün sonra - may ayının 7-də öyrənə bildi. Kiyev xalqından başqa bütün dünya bu hadisəni danışmağa başlayanda Qorbaçov bu açıqlamanı verməyə məcbur oldu:

     "Axşamınız xeyir, yoldaşlar. Hamınızın bildiyi kimi inanılmaz bir bəxtsizlik oldu. Bu qəza, Sovet xalqını yaraladı və beynəlxalq cəmiyyəti şoka saldı. İlk dəfə, nəzarətdən çıxmış nüvə enerjisini ilə qarşı-qarşıyayıq."

     Qorbaçovun Çernobıl haqqında rəsmi açıqlamasından sonra həyəcan başladı. Kiyevdə siqnal səsləri eşidilirdi, mağazalardan, banklardan yağmalanan radioaktiv maddə yüklü hər şey qara bazarlarda satılmağa başlanıldı. Minlərlə insanın ölümünə səbəb olan bu satışları dayandırmaq üçün Ukrayna polisi bu əşyaları oğurlayanları vurmağa başladı.

      Çernobıl partlayışından keçən bu qədər müddətdən sonra radiasiya öldürücü səviyyədən aşağı düşüb, amma Çernobıl və ətrafı 48 min il bu radiasiyadan xilas ola bilməyəcək. Bölgədə yaşayışın bərpa olunması üçün yalnız 300 il sonra baş verə biləcək. 

      Çernobıl 1979-cu ildə Amerikadakı "Three-Mile Island" AES-indəki qəzadan sonra dünyanın şahid olduğu ən böyük nüvə partlayışı və ilk sənaye fəlakəti sayılır. Qəzanın təsiri ilə 10 000 adam öldü. 3,5 nilyon xəstələnən insanın 1/3-i uşaqlar idi.Tiroit xərçəngi isə qəzanın olduğu yerdə əvvəlki səviyyədən 10 dəfə artıqdır.

   Yaranan panika ilə qaçmağa başlayan xalq, hər şeyini bu şəhərdə qoydu. Böyüklər xatirələrini, uşaqlar isə oyuncaqlarını. Çernobıl küçələrində 18 ildir dərin bir səssizlik hökm sürür. Tərk edilmiş evlərdə çoxu mutant olan çöl donuzları məskən salıb.




Mənbə: Ali Çimen "Tarihi değiştirenler" kitap dizisi

Ardını oxu »